Maqazİn

Hamilə Rəqsanəyə həkim qadağa qoydu

Hamilə Rəqsanəyə həkim qadağa qoydu
5 aylıq hamilə olan müğənni Rəqsanə İsmayılovaya həkim qadağa qoyub.

İfaçı bu barədə qızı Aysun İsmayılovanın klip təqdimatında deyib.  

Tədbirə gələ bilməyən və "Skype” vasitəsilə  zəng edən İsmayılova kövrəlib: "Demişdim ki, ağlamayacağam, yenə də kövrəldim. Hamiləliyimin 5-ci ayındayam, həkim qadağa qoyduğu üçün gələ bilmədim. Çox həyəcanlıyam. Qızımın arxasındayam. Düzdür, onun müğənni olmasını istəmirdim. Amma bu yolu seçdisə, dəstəyəm”.

Müğənni payızda konsert verəcəyinin də anonsunu verib: "Avqustda Bakıya gələcəyəm. Sentyabr-oktyabr ayında konsertim olacaq. Ondan əvvəl media nümayəndələri ilə bir araya gələcəyəm. Qızımın yanında olduğunuz üçün hamıya təşəkkür edirəm”./Musavat.com

AdRiver

XƏBƏR LENTİ