Hamilə müğənnini səhnədə güllələdilər – VİDEO

Hamilə müğənnini səhnədə güllələdilər – VİDEO
Pakistanin Sand vilayətində yerli polislər baş vermiş dəhşətli cinayəti araşdırır.

Sfera.az xəbər verir ki, bu haqda "Daily Pakistan” nəşri yazıb.
 
24 yaşlı müğənni Simona Samun Kanqa kəndindəki bayrama çağırılıb.

Gənc qadın mahnıları oturmuş vəziyyətdə ifa edib. Hamilə olduğundan ayaq üstə oxuması çətinlik yaradırmış. Təşkilatçılar ona görə müğənni qızın mahnıları oturaraq səsləndirməsinə etiraz etməyiblər.

Ancaq bu tamaşaçıların xoşuna gəlməyib, onlar hesab ediblər ki, müğənni hörmətsizlik edir. Onlar qadının ayağa durmasını tələb ediblər.

Bu zaman müğənniyə 3 kişi yaxınlaşıb və onun başına pul atıb. Qadın ayağa qalxdıqda isə onu güllələyiblər.

Yaralı halda xəstəxanaya çatdırılan müğənnini xilas etmək mümkün olmayıb.

İlqar
 


OXŞAR XƏBƏRLƏR