Hamamda bunları saxlamaq olmaz! - Hər evdə edilən səhvlər

Hamamda bunları saxlamaq olmaz! - Hər evdə edilən səhvlər
Sfera.az medicina.az-a istinadən bildirir ki, gigiyenamız üçün hamam isə olduqca vacib yerdir. Hamamda yaranan nəmli və rütubətli şəraitə görə oranı nə qədər təmizləsək də, istənilən təmizliyi əldə etmək çətindir. Buna görə də gigiyenik əşyaları hamamda saxlamaq ən böyük səhvlərdən biridir.

Diş fırçası

Adətən diş fırçasını hamada saxlayırıq. Bu ən böyük səhvlərdəndir. Çünki hamamın istiliyi, rütubəti mikrob və daha zərərli bakteriyaların çoxalmasına şərait yaradır.

Dərman

Bəzi insanlara görə, dərman saxlamaq üçün uyğun yer məhz hamamdır. Lakin buda ən zərərli üsuldur.

Makyaj vasitələri

Həblərdə olduğu kimi hamamın rütubəti makiaj vasitələrinə də təsir edir. Makyaj vasitələri əgər hamamda saxlansa birbaşa mikrob qaynağı olur. Bildirilir ki, bütün bunların qarşısını almaq üçün ən yaxşı üsul fırça və süngəri tez-tez yumaqdır. Makiaj vasitələrinin təmizliyindən əmin oluduqdan sonra yataq otağınızda saxlamağınız məsləhətlidir.


Bədən spreyləri və sevimli ətirlərimizə qədər bütün qoxular yavaş-yavaş yox olur. Qoxular istilik və nəmə məruz qalanda isə molekulyar pozulma baş verir.nəticədə sevdiyimiz ətirlər getdikcə tündləşir.

Üz qırxan

Uzun müddət rütubətə məruz qalan üzqırxanların bıçaqları korlanır. Kəsmə qabiliyyəti tamamilə itir. Rütubətli hava şəraiti metalın paslanmasına səbəb olur. Üzqırxandan daha çox istifadə etmək istəyirsinizsə hər istifadədən sonra yuyun. Həmçinin rütubətin daha az olduğu yerdə saxlayın.

Milli.Az

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031