Hakimiyyət hərisliyi, xarici təşviq və ifrat tamahkarlıq - Radikal müxalifətin FİASKOSU

Hakimiyyət hərisliyi, xarici təşviq və ifrat tamahkarlıq - Radikal müxalifətin FİASKOSU
Yanvarın 19-da radikal müxalifət partiyalarının və onların ətrafında olan təşkilatlarin keçirdiyi mitinq bir daha onun zəifliyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini nümayiş etdirdi.
 
Müxalifətin "bu mitinqdən sonra hər şey dəyişəcək” çağırışı ilə aylardır hazırlaşdığı aksiyada cəmi 2800 nəfərin iştirak etməsi özlərini siyasi opponent olmağa iddia edənlərin növbəti biabırçılığının baş tutması idi. Elə müstəqil müşahidəçilərin səsləndirdikləri rəqəm də bundan ciddi fərqlənmir. Lakin istənilən halda, Milli Şuranın təyin etdiyi icazəli mitinqə vətəndaş axını olmadı. Artım varmı - bəli, son illərdə "Məhsul"da keçirilən ən "məhsuldar" mitinq idi. Amma nəzərə alaq ki, aksiyada Milli Şura ilə bərabər 10 təşkilat iştirak edirdi.
 
Təsəvvür edin, tribunada 10-ya yaxın şəxs çıxış edir və onların xitab etdiyi kütlə heç 3 minə çatmır. Riyazi hesablamada hər çıxışçıya cəmi 280 tərəfdar düşür, siyasi hesablamada bu, müxalifətin 280 tərəfdarla hakimiyyətə iddia etməsi deməkdir. Çünki məsələ siyasi ambisiyalar olanda müxalifətin parçalanması artıq aksiomaya çevrilib. Hərçənd, mitinqdə müşahidə olunanlar və real mənzərə Azərbaycan müxalifətini nə riyazi, nə də siyasi hesablamanın xilas etməyəcəyini təsdiqlədi. Çox yəqin ki, uğursuz mitinq Milli Şurasının rəhbərliyinə və onların tərəfdaşlarına növbəti məğlubiyyət dərsi verdi.
 
Mitinqdən sonra baş verənlər də bunu bir daha ortaya qoydu. Müxalifətin birləşmiş qüvvələrinin "Məhsul mitinqi” internet resurslarında az qala şəksiz qələbə kimi təqdim olunur. Halbuki mitinq öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. Mitinqdən sonra iştirakçıların bir qrupu Yasamal rayonunun Şərifzadə küçəsində və Bakı Metropoliteninin "İnşaatçılar” stansiyasının yaxınlığında "Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələblərinə zidd olaraq razılaşdırılmış vaxtdan və ərazidən kənar, habelə yetkinlik yaşına çatmayanlar da cəlb edilməklə qanunsuz küçə yürüşünə, paytaxtda asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhdlər edib. Bu zaman ətrafdakıların diqqətini cəlb etmək və əhali arasında qorxu, vahimə yaratmaq, vətəndaşlara qarşı kobudluq, istirahət hüquqlarının pozulması kimi qanunazidd hərəkətlərə yol vermiş, ərazidə xidmətdə olan polis əməkdaşlarına qarşı tabesizlik göstərdilər.
Müxalifət başçılarının və funksionerlərinin çıxışları göstərdi ki, onlar cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmirlər. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı.
Mitinq yalnız yerli çağırışlarla başa gəlməmişdi. Xaricdəki anti-Azərbaycan dairələr tərərfindən idarə olunan ünsürlər mitinqə çağırış edirdilər və beləliklə, son mitinq Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan anti-Azərbaycan qüvvələri ilə birlikdə təşkil etdiyi ortaq tədbir idi.
 
AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət postunu zəbt etmiş şəxlərin çıxışları, irəli sürdükləri iddialar bir daha təsdiq etdi ki, onlar hələ də revanşizm ab-havasındadırlar, dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər.
Radikal müxalifət başçıları öz iddialarını reallaşdırmaq üçün Azərbaycanın Suriya, Liviya və digər hazırda vətəndaş qarşıdurması gedən ölkələrin vəziyyətinə düşməsinə hazırdırlar. Suriya, İraq kimi bəşər sivilizasiyasının beşiyi sayılan ölkələrin xarabazarlığa çevrilməsindən, onların vətəndaşlarının miqrant kimi Avropada tikanlı məftillər arxasında boynubükük ömür sürməsindən təbii ki, Milli Şuranın funksionerləri bunlardan xəbərdardırlar. Amma hakimiyyət hərisliyi, xarici təşviq və ifrat tamahkarlıq Əli Kərimli və onun komandasının gözünü örtüb.
Yanvarın 19-da mitinqdən sonra, 20-də isə Şəhidlər Xiyabanında radikal müxalifət və onun başçılarının simasızlığı, başıpozuqluğu bir daha aydın şəkildə özünü büruzə verdi.
 
Bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində deyillər. Çünki hələ də 1990-cı illərin qaraguruhçuluq ab-havası ilə yaşayırlar.
 
Bu gün Əli Kərimli kimi marginallaşmış, milli maraqları tapdaq altına atan, xəyanətkar, simasız şəxslərin siyasətçi obrazına girib, meydana çıxıb özlərini müxalifətin lideri adlandırması bütövlükdə cəmiyyətimiz üçün qəbuledilməz, müxalifət, digər müxalif partiyaların rəhbərləri üçün isə aşağılayıcı faktordur.
 
Görəsən Əli Kərimlinin mitinqdə bəyan etdiyi liderlik iddialarına digər müxalifət partiyaları rəhbərlərinin, funksionerlərinin münasibəti necədir?
Cəmiyyət - ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, gənc nəsil bu reallıqları bilməli, unutmamalı və dağıdıcı qrupların iddialarına lazımi reaksiya verməlidir.
Görünür ki, Prezident İlham Əliyev rüşvət və korrupsiya ilə mübarizəni gücləndirdikcə, sistem xarakterli islahatlarının miqyasını genişləndirdikcə, Azərbaycan idarəetmə fəlsəfəsini dəyişdikcə özlərini ona opponent hesab edənlər daha da aqressivləşir və mütəşəkkil şəkildə müqavimət göstərməyə çalışırlar.
 
Ermənistanla danışıqların yeni intensiv mərhələyə daxil olması ərəfəsində güclü mövqedən çıxış edən Azərbaycanın daxilində qarşıdurma yaratmağa çalışan bu qrupların məqsədi nədir? Əlbəttə, onlar belə tapşırıq alırlar və canla-başla onu icra edirlər.
 
Bütün bunlar onu deməyə əsas verir ki, yanvarın 19-20-si baş verənlər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca və ona qiymət verillməyincə dağıdıcı qrupların kütləvi aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır.
 
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov yanvarın 21-də KİV-ə müsahibəsində bu məsələyə toxunmuşdu.
"Sonuncu mitinqlərində, onlar əsl niyyətlərini ortaya qoyub paytaxtda asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhdlər etdilər. Sözsüz ki, bu cür qanunazidd hərəkətlərin qarşısı tərəfimizdən yerindəcə alındı. Ona görə də belələrinə kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracağam”, - o qeyd etmişdi.
 
Ötən gün isə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifətin mitinqlə bağlı müraciətini cavablandırıb. BŞİH-də müraciətə baxılıb və müxalifətin yanvarın 26-da, saat 15:00-da Yasamal rayonundakı İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib. BŞİH-dən verilən izahda haqlı olaraq yanvarın 19-da keçirilən mitinqdən sonra ictimai asayiş pozulması göstərilib.
 
Ehtimal etmək olar ki, Əli Kərimli və onun başıpozuq, marginallaşmış dəstəsi bunu hakimiyyətin qorxması kimi qələmə versin. Sual oluna bilər, hakimiyyət uzun müddət təbliğat aparıb, bütün güclərini səfərbər edib meydana cəmi 3 minə yaxın adam yığa bilən siyasətbazlardan niyə qorxmalı və çəkinməlidir?! Kim iddia edə bilər ki, bu kimi qabiliyyətsiz, gücsüz, aciz adamlar və onların ətrafındakılar hakimiyyətə alternativ ola və əzələ nümayiş etdirə bilərlər.
 
İndi hakimiyyəti mitinqdən qorxmaqda və polisi ölkə paytaxtında guya mitinqçilərə qarşı səfərbər olmaqda günahlandıran Əli Kərimli və onun tərəfdarları bilməlidirlər ki, Azərbaycan dövləti, hüquq mühafizə orqanları hər zaman öz vətəndaşının yanında olub, onun təhlükəsizliyini, əmin-amanlığını, hüquq və mənafelərini hər cür qanunsuz hərəkətlərdən qoruyub və bundan sonra da qoruyacaqdır.publika.az

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...