Hafiz Hacıyevdən Elton Məmmədova CAVAB: \"Bu cür insanların dərisini Nəsiminin dərisi kimi soyardım\"

Hafiz Hacıyevdən Elton Məmmədova CAVAB: \
Xəbər verdiyimiz kimi, Milli Məclisin sabiq deputatı, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin ünvanına sərt ittihamlar, fikirlər səsləndirib. E.Məmmədov Hafiz Hacıyevi simasını itirmiş adam adlandırıb. 
 
Sfera.az qarşı tərəfin haqqında səsləndirilən ittihamlara münasibətini öyrənib. 

"Müasir Müsavat” partiyasının sədri Hafiz Hacıyev Sfera.az-a açıqlamasında ittihamlara bu sözlərlə cavab verib:
 
"Elton Məmmədov başını daşdan-daşa döyüb. Elton Məmmədov mənim səviyyəmdə olan adam deyil. O səviyyəsiz, oğrunun biridir. Ziya Məmmədovun oğlu xaricdə bu gün bizim şəkillərimizi yapışdıranlara pul verir. Bunlarda şərəf ola bilərmi? Elton Məmmədov bu gün Azərbaycanda bilirsizmi nə qədər evlər yıxıb? Bu siyahını hazırlayıb Elton Məmmədov haqda cinayət işi qaldırsam, necə olar? Bunların hamısı qudurmuş insanlardır. Biz onlara imkan verə bilmərik".
 
H.Hacıyev qardaşların xaricdə gördüyü işlərdən də danışıb:

"Elton Məmmədov bu gün Azərbaycanın pulları hesabına Kislovodskda, Ziya Məmədov isə Londonda nələr yaradıb, bilirsizmi? Azərbaycan xalqından oğurladıqları pul hesabına onlar milyonçu olublar. Bunlar əvvəl vaqon silən olublar. Elton Məmmədov avaranın biridir, getsin avaralıq etsin”. 

H.Hacıyev bildirib ki, qarşı tərəf onun haqqında yenidən sərt fikirlər səsləndirərsə, bu dəfə daha sərt addım atacaq:
 
"O kimdir ki, onu məhkəməyə verim. O bir də səsini çıxartsa, daha sərt tədbirlər görüləcək. Prezidentliyə namizəd olduğum üçün toxunulmazam. Elton Məmmədov bir də belə səhf etsə, cavabını tamamilə başqa cür alacaq. ABŞ senatının konqres üzləri Azərbaycana gələrək bildiriblər ki, Ziya Məmmədovun oğlu bizi aldadaraq, pullarımızı yeyib. Ziya Məmmədov Rəsul Quliyevin zəng etdiyi adama ayda 10 min manat pul verirdi. Bu cür insanların dərisini Nəsiminin dərisi kimi soyardım. Bunlar belədir, nə elədiklərindən xəbərsizdirlər. Bu gün Milli Şuraya pul verən Ziya Məmmədovdur. İki qardaşın abır-isməti varsa, ölkədən çıxıb getsinlər”.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR