Sİyasət

Hafiz Hacıyev də qurultaya hazırlaşır

Hafiz Hacıyev də qurultaya hazırlaşır
Bu il Müasir Müsavat Partiyasının qurultayı keçiriləcək. 

Sfera.az xəbər verir ki, bu barədə partiyanın sədri  Hafiz Hacıyev Modern.az saytına açıqlama verib.  O bildirib ki, hazırda bununla bağlı işlər  görülür: 

"Partiyamızın qurultayı ilin sonu üçün nəzərdə tutulub. Hər halda sentyabrdan başlayaraq biz mitinqlərin keçirilməsi ilə əlaqəli təşkilat komitəsinə göstəriş vermişik.  Sentyabrdan çox güclü şəkildə  fəaliyyətimizi intensivləşdirəcəyik”.

H.Hacıyevin sözlərinə görə, qurultayla bağlı qərar verilsə də hələ ki  qurultaya hazırlıq  üzrə təşkilat komitəsi yaradılmayıb: 

"Komitənin sentyabrda yaradılmasını nəzərdə tutmuşuq.  Yalnız bu yolla ilin sonuna kimi qurultayın  keçirilməsi təmin edilə bilər”. 

Qeyd edək ki,  bu il Müasir Müsavat Partiyası ilə yanaşı, Klassik Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasının  da qurultayı keçiriləcək. Lakin hər üç partiyanın qurultay tarixi  məlum deyil.
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31