Hadisədən gözlənilməz ETİRAF – “Kaan hər şeyimə qarışırdı, Mehmet isə...”
11:45 / 12.07.2021
1617
Məşhur türkiyəli müğənni Hadisə ilk dəfə yeni
sevgilisi haqda danışıb.
Sfera.az bildirir ki, ifaçı bu barədə dostları
ilə söhbəti zamanı deyib. İddialara görə, Hadisə hazırda münasibətdə olduğu iş
adamı Mehmet Dinçerlerlə xoşbəxt olduğunu və ilk görüşdən eşq yaşadığını
bildirib.
O həmçinin ötən həftələrdə ayrıldığı aktyor
Kaan Yıldırımdan da söz açıb və bu münasibətin onu yorduğunu qeyd edib.
"Kaan məni çox yordu, müharibədən çıxmış kimiyəm.
Daha əvvəl münasibəti bitirmək istədim, amma şans verməyimi istədi. Hər şeyimə
qarışırdı – işimə, şəkillərimə. "Ailəm münasibətin mətbuata yansımasını istəmir”
deyirdi. Mesaj atıb bunlara son qoydum, ona dözmədiyimi bildirdim. Mehmet isə
ilk baxışda aşiq oldu”, - deyə, Hadisə söyləyib.
Türkan