Hadisə yerinə təhkim olunan polislər ağır qəzaya düşdülər: 1 ölü, 15 yaralı - VİDEO

Hadisə yerinə təhkim olunan polislər ağır qəzaya düşdülər: 1 ölü, 15 yaralı - VİDEO

Türkiyənin Şanlıurfa vilayətində iki ailə arasında baş verən dava səbəbindən əraziyə təhkim olunan polis briqadalarını daşıyan avtobus qəzaya uğrayıb.

Sfera.az avtosfer.az-a istinadən xəbər verir ki, insident dünən axşam saatlarında Şanlıurfa-Qaziantep magistralının Daşlı Höyük ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, iki ailə arasında baş verən dava səbəbindən çağırışa gedən polis nəfərlərini daşıyan Əhməd Bayquşun idarə etdiyi 63 KS 840 qeydiyyat nömrə nişanlı avtobus manevr edən zaman arxadan, eyni istiqamətdə hərəkət edən A.B.-nin idarə etdiyi 01 BH 895 qeydiyyat nömrə nişanlı TIR çırpılıb.

Toqquşmanın şiddətindən sürüklənən avtobusda olan 16 nəfər xəsarət alıb. Ətrafdakı insanların xəbər verməsi ilə hadisə yerinə çoxlu sayda səhiyyə, polis və xilasetmə briqadaları gəlib. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıblar. Onlardan birinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdiriliblər. Lakin həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 


OXŞAR XƏBƏRLƏR