Hadisə Yeni ili Azərbaycanda keçirəcək

Hadisə Yeni ili Azərbaycanda keçirəcək
 Türkiyə mediası müğənni Hadisənin Yeni illə bağlı Azərbaycanda konsert proqramı verəcəyini yazıb.

Sfera.az axşam.az-a istinadən xəbər verir ki, ifaçıya bunun qarşılığında 1 milyon lirə (təxminən 500 min AZN) qonorar təklif olunub.

Qeyd edək ki, bir müddət öncə Tarkanın da Yeni ildə ölkəmizdə konsert proqramı ilə çıxış edəcəyi xəbərləri yayılmışdı. Lakin Tarkan Kiprdən gələn təklifi qəbul etdiyi üçün Azərbaycana gəlməyəcək.

OXŞAR XƏBƏRLƏR