Hadı Rəcəbli: \"Dövlət niyə milyonçuların uşaqlarına pul ödəməlidir?\"

Hadı Rəcəbli: \
İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) uşaq pulunun bərpa edilməsi ilə bağlı təkliflərini hökumətə təqdim edib.

Sfera.az Virtualaz.org-a istinadla bildirir ki, bu barədə Mərkəzin rəhbəri Vüqar Bayramov sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, hazırda ölkəmizdə 17 yaşınadək olan uşaqların sayı 2 milyon 614 min nəfərdir: "Uşaq pulunun bərpası və onun differensial şəkildə tətbiqini məqsədəuyğun hesab edirik. Yaşına görə xərcin məbləğindən asılı olaraq uşaq pulu üçün ödənilən vəsaitin həcmi də dəyişə bilir.

Təklif etdiyimiz mexanizmə görə, uşaq pulunun məbləği 3 yaş qruplarına görə qruplaşdırılır.

3 yaşınadək uşaqlara aylıq 80 manat ödənilməsini təklif edirik. 3 yaş daxil olmaqla bu yaşadək uşaqların sayı 634.4 min nəfərdir. Belə ki, yaşı tamam olmayan uşaqların sayı 144 min nəfər, 1 yaşda olanlar 157.8 min nəfər, 2 yaşda olanlar 164.4 min nəfər və 3 yaşı tamam olanlar 168.2 min nəfərdır. 3 yaşadək uşaqlara təklif edilən aylıq uşaq pulunun məbləği 50 milyon 752 min manat edir.

Digər differensial uşaq pulu məbləği 4 yaşdan məktəb yaşınadək olan uşaqları əhatə edir. Həmin uşaqlar üçün ayda 50 manat ödənilməsini təklif edirik. Bu yaş qrupunda ölkəmizdə 516.8 min uşaq var. Belə ki, 170.7 min uşağın 4, 172.3 min uşağın 5 və 173.8 min uşağın isə 6 yaşı var. Bu yaş qrupu üçün təklif edilən uşaq pulunun aylıq məbləği 25 milyon 840 min manatdlr.

Digər uşaq pulu ödəniləcək qrup məktəblilərdir. Bu yaşda olanlar üçün aylıq 40 manat ödənilməsi mümkündür. Hazırda 1 milyon 462 min 800 məktəbli var. Bu yaş üzrə uşaqların sayı belədir: 7 yaş 163.3 min, 8 yaş 149.8 min, 9 yaş 150 min, 10 yaş 124.7 min, 11 yaş 121 min, 12 yaş 120.8 min, 13 yaş 121.1 min, 14 yaş 132.3 min, 15 yaş 126.9 min, 16 yaş 124.2 min, 17 yaş 129.4 min məktəbli. Bu yaş kateqoriyasına daxil olacaq uşaqlara ödəniləcək aylıq uşaq pulun məbləği 58 milyon 512 min manat edir.

Bütövlükdə, bütün uşaqlara ödənilməsi təklif edilən aylıq uşaq pulunun məbləği 135 milyon 104 min manat edir. Bu illik 1 milyard 612 milyon manat deməkdir. Bəzi uşaqların müavinət aldığını nəzərə alsaq, məbləğ nisbətən aşağı olacaq. Məsələn, 58.4 min uşaq fiziki imkanları məhdud olduğu üçün sosial müavinət alır”.

İqtisadçı həmçinin sözügedən illik məbləğin ödənilməsi yollarını da təklif edib: "Əvvəla, bu ilin dövlət büdcəsinin xərcləri 24 milyard 780 milyon manatdır. Bu o deməkdir ki, təklif edilən illik uşaq pulu məbləği ümumi büdcə xərclərimizin 6.5 faizini təşkil edəcək. Göründüyü kimi, büdcənin mövcud imkanları xərci qarşılaya bilər. Bununla belə, büdcə xərclərinin strukturunda dəyişikliklər edib bu istiqamətə vəsait ayırmaq mümkündür. Özünü maliyyələşdirən rayonların sayını artırmaqla və eləcə də rayonların inzibati birləşdirilməsi yol ilə onların sayını azaltmaqla, ünvanlı sosial yardım alanların özünüməşğulluq proqramına transfer etməklə və ölkəmizdə son illər infrastrukturun inkişaf etməsi səbəbindən büdcənin investisiya xərclərinin optimallaşdırmaqla uşaq pullarının ödənilməsi üçün vəsaitin ayrılmasını təklif edirik”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bu təklifi, necə deyərlər, süngü ilə qarşılayıb.

H.Rəcəbli modern.az-a deyib ki, bu gün 18 yaşadək olanlar üçün uşaq pulunun bərpası gündəmdə deyil.

Onun sözlərinə görə, 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara uşaq pulu verilməsi doğru deyil: "Bu, belə ola bilməz. Uşaq pulu bərpa olunsa, varlı-kasıb hamıya bu müavinət verilməlidir. Axı aztəminatlı ailə ilə imkanlı ailəni bir tutmaq olmaz, dünyada belə texnologiya yoxdur.

Milyonçunun uşağına niyə dövlət uşaq pulu verməlidir?! Belə olan təqdirdə ünvanlılıq pozular.

Üç yaşadək uşaqlara görə uşaq pulu verilə bilər, doğuşa görə birdəfəlik müavinət verilir. Amma bunu 18 yaşadək bütün təbəqələrdən olan uşaqlara şamil etmək olmaz”.

Komitə sədri qeyd edib ki, uşaq pulunun bərpası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də hər hansı məlumat yoxdur”.

OXŞAR XƏBƏRLƏR

Bu layihələrin əsas məqsədi ölkəmizin sürətli inkişafını TƏMİN ETMƏKDİR

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir   Prezident İlham Əliyevin rəhbərl...

""Məktəblinin dostu" layihəsi çərçivəsində 11 mindən çox uşağa yardım göstərilib" - Rüstəm Ağayev

2016-cı ildən bu günə qədər “Məktəblinin dostu” layihəsi çərçivəsində 11 mindən çox uşağa yardım göstərilib.    Sfera.az xəbər verir...

DİN vətəndaşlara MÜRACİƏT ETDİ: "İşıqforlar işləməsə..." 

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.   Sfera.az-ın məlumatına görə, qurum xatırladıb ki, Bakı şəhərinin mərkəzi küçə və prospektlərində...

Baydendən MARAQLI AÇIQLAMA: "Əmimi adamyeyənlər yeyib"

ABŞ Prezidenti Co Bayden İkinci Dünya Müharibəsi zamanı Yeni Qvineya yaxınlığında təyyarə qəzasında həlak olan əmisi Ambrose Finneqanın cəsədinin adamyeyənlərə ...

Ançelotti "Real Madrid"in qələbəsindən DANIŞDI: "Biz həmişə..."

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının yarımfinal mərhələsinə vəsiqə qazandığı ilk oyundan danışıb.   Sfera.az ...

Dünyaca məşhur müğənni Rihanna İMİCİNİ DƏYİŞDİ

Dünyaca məşhur müğənni Rihanna imicini kökündən dəyişib.    Sfera.az xəbər verir ki, bu barədə fotolar "People" saytında dərc olunub. ...