Hacıqabuldakı dəhşətdən ilk görüntülər - FOTO/VİDEO - ŞOK TƏFƏRRÜAT (YENİLƏNDİ-8)

Hacıqabuldakı dəhşətdən ilk görüntülər - FOTO/VİDEO - ŞOK TƏFƏRRÜAT (YENİLƏNDİ-8)

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Hacıqabulda törədilən dəhşətli cinayətlə bağlı birgə məlumat yayıb.

Sfera.az-a Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan birgə məlumatda qeyd olunur ki, iyulun 31-də saat 06 radələrində Hacıqabul şəhər sakinləri Nazim, Gülbadam, Bibilə və Namiq Qənbərovların yaşadıqları evdə odlu silahla qətlə yetirilmələri, ailənin digər üzvü Məmməd Qənbərovun isə ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olması və Mübariz Mehtiyevin odlu silahdan atəş açaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, oradan cinayətin aləti olan ov tüfəngi və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülmüş və zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanmış, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla əvvəllər məhkum olunmuş M.Mehtiyevin şəxsi münasibətlər zəminində M.Qənbərovdan qisas almaq niyyətilə onun yaşadığı evə gələrək qoşalüləli ov tüfəngindən atəş açaraq sonuncunu qəsdən öldürməyə cəhd etməsi və ailə üzvlərini qəsdən öldürməsi, sonra isə özünə atəş açaraq intihar etməsi müəyyənləşdirilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

14:07

Bu gün səhər saatlarında Hacıqabul rayonunda Mübariz Mehdiyevin Qəmbərovlar ailəsinin 4 üzvünü öldürüb, birini yaralamasının səbəbi məlum olub.

Sfera.az-ın sakinlərdən əldə etdiyi məlumata görə, onlar arasında münaqişə Moskvadan başlayıb.

"Mübariz, eləcə də Qəmbərovlar ailəsinin öldürülən üzvləri Moskvada yaşayır. Onlar hamısı Rusiya vətəndaşlarıdır. Mübarizin bu ailə ilə münaqişəsi qədimdir. Təxminən 10 il əvvəl Nazim Qəmbərov bir nəfəri öldürmüşdü, həmin şəxsin Mübarizin qohumu olduğu deyilir. Nazim buna görə şərti cəza aldı, həmin vaxtdan da Moskvada yaşayır. Mübarizlə Qəmbərovlar arasında münaqişə Moskvada da davam edib. Bu yaxınlarda Qəmbərovlar onu çox pis döyüblərmiş. Bundan sonra da Mübariz ailədən qisas almaq istəyirmiş. Hacıqabula gəldiklərini öyrənib və burada qisasını alıb”.

Sakinlər deyir ki, hadisə səhər saat 5 radələrində olub. Mübariz Mehdiyev onların yaşadığı evə daxil olaraq odlu silahla 4 nəfəri öldürüb, birini yaralayıb.

Qeyd edək ki, Mübarizin əsas münaqişə yaşadığı şəxs Natiq Qəmbərovdur. Ölən şəxslər Almara Qəmbərova Natiqin anası, Nazim Qəmbərov əmisi, Namiq Qəmbərov əmisi oğlu, Gülbağda Qəmbərova əmisinin yoldaşıdır.

M.Mehdiyevin valideynləri vəfat edib. Rayonda yalnız bir qardaşı yaşayır.

***

11:07

Bu gün səhər saatlarında Mübariz Mehdiyevin Qəmbərovlar ailəsinin 4 üzvünü öldürüb, birini yaralamasının səbəbi illərdir ailələr arasında olan münaqişədir.

Bu barədə Sfera.az-a Polis idarəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, Qəmbərovlar müəllim ailəsidir, lakin ailə üzvlərinin əksəriyyəti Moskvada alverlə məşğuldur.

Mübarizlə onlar arasındakı qalmaqal da yeni deyil. İllər əvvəl Qənbərovlar ailəsindən bir nəfərin adı cinayətə qarışmışdı. Həmin hadisədən sonra iki ailə arasında münaqişə başlayıb.

***

10:30

"Hadisəni törətdikdən sonra Mübariz Mehdiyev özünü öldürüb".

Bu sözləri Hacıqabul rayonu polis bölməsinin sahə inspektoru, kapitan Ramiz Əliyev deyib. Onun sözlərinə görə, silahlı insident törədən Mübariz Mehdiyev 4 nəfəri odlu silahla qətlə yetirib, bir nəfəri yaraladıqdan sonra hadisə yerində özünü də öldürüb.

***

09:15

Hacıqabulda baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, bir nəfər isə yaralanıb.

APA-nın Mil-Muğan bürosunun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.

Hadisəni törədən Mübariz Mehdiyevin isə polis tərəfindən zərərsizləşdirildiyi bildirilir. İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə Qəmbərovlar arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib. Buna görə də M. Mehdiyev evə hücum edərək, Qəmbərovları güllələyib. Digər məlumata görə, M. Mehdiyev evdə olan 5 nəfəri güllələyəndən sonra özünü də öldürüb.

Ailə üzvlərindən biri - Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

***

07:50

Hacıqabulda baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.

Hadisəni törədən şəxs polis tərəfindən zərərsizləşdirilib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Сinayətin səbəbləri və təfərrüatları müəyyənləşdirilir.

***

06:30

Hacıqabulda naməlum şəxslər yaşayış evinə silahlı basqın edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bayram İbrahimov küçəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində Hacıqabul şəhər sakini, 1958-ci il təvəllüdlü Qəmbərova Almara ölüb, Qəmbərov Məhəmməd yaralanıb. İnsident nəticəsində ölənlərin sayının artması ehtimal edilir. Hadisəni törədən şəxsin polis tərəfindən güllələnərək öldürüldüyü bildirilir. İnsidentin təfərrüatları müəyyənləşdirilir.

Hadisəni törədən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Foto və Video Reporta məxsusdur:


OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur əyləncə mərkəzi YANIR - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntülə...

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - 2 - FOTO

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.   DİN-in mətbuat xidmətindən Sfera.az...

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...