Hacıqabulda tükürpədici hadisə: sərxoş kişi ayaq barmağını kəsib atdı
22:59 / 16.04.2021
3862
Hacıqabul rayonunda yerli sakini özünə xəsarət yetirib.
Sfera.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Qızılburun kəndində baş verib.
İlkin məlumata görə, kənd sakini, 1983-cü il təvəllüdlü Abdullayev Cavid Niyətulla oğlu sərxoş vəziyyətdə ayaq barmağını kəsərək atıb. O, xəstəxanaya yerləşdirilib.
C. Abdullayevin psixi problemləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
(Report)