Deputat icra başçısı təyin edildi

Deputat icra başçısı təyin edildi
 

Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 4-də bununla bağlı sərəncam imzalayıb. 

Dövlət başçısının digər sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Qeyd edək ki, R. Xəlilov Milli Məclisin Regional məsələlər komitəsinin üzvü olub.


OXŞAR XƏBƏRLƏR