Hacının çörəyindən məftil çıxdı - FOTOLAR

Hacının çörəyindən məftil çıxdı - FOTOLAR
 
Azərbaycanda çörəyin içindən məftil çıxıb. 

BakuPost.az xəbər verir ki, hadisə Xırdalanda baş verib. Belə ki, şəhər sakinlərindən biri məhəllə dükanlarından birindən aldığı çörəyi kəsərkən, bıçağın bərk materiala toxunduğunu hiss edib. Dilimi aralayanda isə çörəyin içində paslı məftil olduğunu görüb. İstehlakçı çörəyi hər hansı qablaşdırmada almadığını qeyd edib. Onun sözlərinə görə, sözügedən çörəyin istehsal olunduğu yer Xırdalanda "Hacı Ramizin çörək sexi” kimi tanınır. 
 


Bəs məftil necə olur ki, çörəyin içinə düşür?

Məsələ ilə bağlı BakuPost.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin rəhbəri, qida eksperti Eyyub Hüseynov bildirib ki, belə hallar çörək sexlərində çalışan insanların standartlara riayət etməməsindən qaynaqlanır: "Məni çörək sexlərindən birinə dəvət eləmişdilər. Gördüm ki, sexdəki qadınlar boyunlarında muncuq, qulaqlarında sırğa, əllərində üzük və s. ilə işləyirlər. Ciddi irad bildirdim. Qeyd etdim ki, burada kənar cisimlərin çörəyin tərkibinə düşməsi ehtimalı böyükdür. Belə olmaz. Əgər istehsal zamanı ərzaq məhsulunun tərkibinə  kənar cisim düşürsə, bu o deməkdir ki, orada heç bir sanitariyadan söhbət gedə bilməz. Tam antisanitariya vəziyyətində olan bir şəraitdə hazırlanır. Belə sexlər artıq antisanitariya, təhlükəli qida istehsal edən yerlər kimi xarakterizə olunur. Müvafiq dövlət orqanları həmin sexlə bağlı işlər görməlidir. O iş yerləri dövlət standartlarına cavab verən yer halına gətirilməlidir”. 
 


Ekspertin sözlərinə görə, belə sahibkarlar 400 manat cərimə oluna bilər: "Lakin sahibkarların yoxlanılması qadağandır. Belə bir şəraitdə isə ölkədə təhlükəli qida istehsal olunur”. 

Qeyd edək ki, ölkəmizdə çörəyin içindən dəfələrlə yad cisimlərin çıxması faktı qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Mayın 1-dən balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   Bu barədə Sfera....

Peter Siyartonun Azərbaycana rəsmi səfəri BAŞLADI

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə nazir sosial şəb...

Mübariz Qurbanlıya AĞIR İTKİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıya ağır itki üz verib.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...