Hacı Qalibin oğluna hökm oxundu
12:36 / 20.12.2017
672
Bu gün Nəsimi Rayon Məhkəməsində sabiq deputat hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam edib.
Hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasda hökm elan edilib. Hökmə əsasən, Ə.Salahzadə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən iclas prokuror çıxış edib. O, Ə.Salahzadənin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş Elbəy Mirzəyev məhkəmədə hər hansı şikayət və tələbinin olmadığını deyib və şikayət ərizəsini geri götürüb.