Hacı Nuran: "Mənim ad günüm heç vaxt təmtəraqlı keçməyib"

Hacı Nuran: "Mənim ad günüm heç vaxt təmtəraqlı keçməyib"

Almaniyada xərçəng xəstəliyindən müalicə alan teleaparıcı Hacı Nuranın doğum günüdür.

Sfera.az axşam.az-a istinadən bildirir ki, aparıcı özəl günü ilə bağlı sosial şəbəkədə 

duyğusal ismarış yazıb:

"Əslində, mənim ad günüm heç vaxt təmtəraqlı keçməyib. Ya xəstəxanalarda olmuşam,

 ya uşaq evlərində, ya da çəkilişdə... Bu, mənim üçün ən gözəl ad günü oldu...

Özüm qürbət ölkədə, ürəyim vətəndə, gözlərim qapıda, ümidim göylərdə... Yenə 

də ad günü, yenə də palata və mən... Ölkəmin, xalqımın salamat və sabitliyi mənə bəsdir. 

Hamımıza ölkə rəhbərimizlə bir olub, firavan həyat arzu edirəm. Son vaxtlar bütün dünyada 

qeyri-sabit vəziyyət yaranıb, bəzi insanlar Allaha ümidlərini üzüb, özlərini maliyyə qurbanı

 eləyiblər. İnanın, həyat neft barreli, məzənnə ilə tərəziyə gəlmir.

İqtisadi sarsıntı həyatla mübarizədə gülməli görünür. Həyatı, insanları sevin. Hamıya isti 

sevgimdən qığılcımlar göndərirəm. Hələ ad günümə 24 saat qalmış Almaniyadakı telefon 

nömrəmə, sosial səhifələrimə 10 mindən çox ismarış, video və audio təbrik gəlib. Hamıya 

cavab verə bilməsəm də, hər kəsə dərin minnətdarlığımı bildirirəm".


OXŞAR XƏBƏRLƏR