Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir
 

"Avesta” şirkətinin prezidenti Hacı İbrahim Nehrəmli Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir tikib təhvil verə bilmir.

"Qafqazinfo”ya müraciət edən sakin Fuad İsmayılzadə bildirib ki, Həsən bəy Zərdabi küçəsi 74 ünvanında yerləşən, 2012-ci ildə tikintisinə başlanılan və 3 ilə təhvil verilməsi nəzərdə tutulan tikilidə işlər hələ də tamamlanmayıb:

"Bina Nazirlər Kabinetinin sifarişi ilə onun əməkdaşları üçün tikilib və mənim atam həmin qurumda işlədiyi üçün biz də endirimli qiymətlə oradan mənzil almışıq. Amma 2017-ci ildən işlər dayanıb, Fövqəladə Hallar Nazirliyi bir neçə dəfə binanı təhvil götürmək üçün gəlib və yoxlayıb, işlər tamamlanmadığı üçün sənəd verilməyib. Binada 4 lift var, 3-ü ümumiyyətlə işləmir, biri də tez-tez xarab olur, balkonların şüşələri qoyulmayıb və kommunikasiya ilə bağlı başqa işlər qalıb. 2017-ci ildən sonra isə demək olar ki, ümumiyyətlə, işlər dayanıb”.

Binanı "Avesta” holdinqə daxil olan "Tərəqqi” MTK tikir. "Avesta”nın sahibi İbrahim Nehrəmli bir müddət əvvəl sakinlərlə görüşüb və onlara bildirib ki, 3 gün ərzində işlərin görülməsi ilə bağlı qrafik tərtib edəcəklər və yaxın müddətdə təhvil veriləcək.

Tikinti üzrə layihə rəhbəri Qurban Əhmədov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda binada görülən işlərin ekspertizası ilə bağlı Fövqəladə Hallar Nazirliyindədir: "İşlər davam etdirilir, təxminən 95 faiz iş görülüb, xırda işlər qalıb. Daxili kommunikasiya xətləri çəkilib, onların ana xəttə birləşdirilməsi qalıb. Bəzi mənzillərdə yaşayış var, bəzilərində yoxdur. Binaya köçən sakinlər kommunal xətlərdən istifadə edirlər. Bu ilin sonuna kimi tikilinin tam təhvil verilməsi nəzərdə tutulub”.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031