Hacı İbrahim: \"Heç kəsi təhqir etməmişəm\"

Hacı İbrahim: \
Tanınmış iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) vətəndaşları təhqir etməsi barədə yayılan məlumatlara münasibət bildirib. 

Hacı İbrahim Sfera.az-a açıqlamasında deyib ki, barəsində yayılan xəbərlər doğru deyil:

"Mənə zəng olunmuşdu. Sual verdilər ki, "Nərimanov rayonu, "erməni qəbiristanlığı" adlanan ərazidə tikdirdiyiniz obyektlə bağlı vətəndaşlar şikayət edib və sairə". Mən də bildirdim ki, həmin obyekt mənə məxsus deyil. Həmin yer dostum Eyvaz Babayevə məxsusdur. Ancaq həmin obyektlər hələ satılmayıb. İndi bu məsələdə mənim adım nə üçün hallandırılmalıdır? Mən buna etirazımı bildirərək dedim ki, kim nə yazır yazsın! Mən belə məsələlərə əhəmiyyət vermirəm".

İş adamı heç kəsi təhqir etmədiyini söyləyib.

Xatırladaq ki, "Bizim Yol”-un yaydığı məlumata görə, iş adamı İbrahim Nehrəmli Nərimanov rayonunda keçmiş erməni qəbirstanlığında tikdirdiyi ticarət mərkəzindəki işləri başa çatdıra bilməyib.

Məlumatda deyilir:

"Qəzetə müraciət edən şikayətçilər bildirib ki, iş adamının adıçəkilən ünvanda tikdirdiyi, lakin başa çatdırmadığı ticarət mərkəzindən ofis, maqazin alan vətəndaşlar onu yalançılıqda suçlayıb:
 
"Onlar alqı-satqı etməzdən əvvəl, Hacı İbrahimin söz verdiyi tikintini tezliklə yekunlaşdıracağını bidirsə də, bu baş tutmayıb. Əvəzində Hacı İbrahim "Xəzər adaları”nı tikdirməyə başlayıb ki, ora da qoyulan milyonlardan xəbər yoxdur və tikinti dayanıb. Hazırda redaksiyamıza müraciət edən vətəndaşlar pullarının geri qaytarılmasını, ya da ticarət mərkəzini tikib yekunlaşdırılmasını tələb edirlər. Bununla bağlı bir çox yerlərə şikayət etsələr də nəticəsi olmayıb”.

Vətəndaşlardan redaksiyamıza daxil olmuş şikayətlər əsasında "Bizim Yol” məşhur iş adamı, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, İbrahim Nehrəmli ilə əlaqə saxlayıb. 

O sayta qıssa açıqlamasında məsələdən xəbərsiz olduğunu, bu barədə danışmaq istəmədiyini bildirib: "İnsanlar çox şey danışa bilərlər. Mən bu barədə məlumatsızam. Kim nə deyirsə, o demək deyil, o hamısını düz deyir. İt hürər karvan keçər. Mən bundan artıq heç nə deməyəcəm. Özüm də mən söz vermişəm ki, heç bir sayta açıqlama verməyəcəm”.
 
Orxan Bəşirov

OXŞAR XƏBƏRLƏR