Hacı İbrahim 3 milyard tapdı - FOTO

Hacı İbrahim 3 milyard tapdı -  FOTO

Tanınmış iş adamı Hacı İbrahim Nehrəmliyə məxsus “Avesta” Konserni Çinin nüfuzlu şirkətlərindən biri olan Çin Birləşmiş Resursların İnkişafı Şirkəti (China United Resources Development Co., Ltd) ilə 3 milyard dollar dəyərində investisiya müqaviləsi imzalayıb. Müqavilə Avesta Konserninin layihəsi olan "Xəzər Adaları" layihəsinə investisiya qoyulmasını nəzərdə tutur.

Şirkətdən  daxil olan məlumata görə, müqavilənin şərtlərinə əsasən Çin şirkəti "Xəzər" adaları layihəsi üzrə adalardan birində aparılması nəzərdə tutulmuş bütün tikinti (2,5 milyon kvadratmetr) işlərini öz üzərinə götürüb.

Qeyd edək ki, şirkətlər arasında danışıqlar xeyli vaxtdır ki, davam edirdi. Bu il avqust ayının 24-də iki şirkət arasında ilkin razılaşmaya dair memorandum imzalanıb.

"Avesta" Konsernindən verilən məlumata görə, sentyabrın 11-də imzalanmış müqavilədə ilkin olaraq Çində, daha sonra isə Azərbaycanda ortaq şirkətlərin yaradılması da nəzərdə tutulub. Çin şirkəti hüquqi prosedurlar başa çatdıqdan sonra tikinti işlərinə başlamaq üçün ilkin olaraq 300 milyon dollar həcmində sərmayə ayıracaq.
Sərmayənin müqavilədə nəzərdə tutulmuş digər hissəsinin inşaat işlərinin gedişinə uyğun olaraq qrafik üzrə ayrılması nəzərdə tutulub. Konserndən verilən məlumata görə tikinti işlərində ən müasir texnologiyalardan istifadə olunması nəzərdə tutulub.

China United Resources Development Co., Ltd tikiləcək binalarda satış işlərinin həyata keçirilməsinə dair də öhdəlik götürüb. Əldə olunan razılaşmaya görə, layihə başa çatdıqdan sonra Şirkət Çində və Honkonqda mənzillərin və obyektlərin satışını da təşkil edəcək.

Bundan başqa, "Avesta" Konserni ilə China United Resources Development Co., Ltd şirkəti arasında əldə olunmuş digər razılaşmaya görə gələcəkdə "Xəzər adaları"nda Corc Vaşinqton Beynəlxalq Məktəbinin (Goerge Washington International School) filialının açılması da planlaşdırılır. /file/articles/qafqazinfo

Sfera.az


OXŞAR XƏBƏRLƏR