“Haaqa məhkəməsi bu qərarı verməli idi, əks halda...” – Səməd Seyidov

“Haaqa məhkəməsi bu qərarı verməli idi, əks halda...” – Səməd Seyidov
"Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın irəli sürdüyü əsassız iddiaları qəbul etməməyə məcbur idi. Qurum rəsmi İrəvanın iddialarını qəbul etsəydi, bu onun imicinə ciddi ziyan vuracaqdı”.

Bu sözləri Sfera.az-a Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S. Seyidov qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin verdiyi bu qərar uzunmüddətli bir prosesin ilkin mərhələsidir:

"Ermənistan ilkin mərhələdə ən vacib iddialarını ortaya qoydu və Beynəlxalq Ədalət Məhkəməsi də rəsmi İrəvanın bu iddialarını rədd etdi. Hazırda beynəlxaq müstəvidə ermənilərin saxta iddiaları gündəmdən düşməyə başlayıb və yalan, böhtan olduğu təsdiqlənir. Ermənilər hansısa bir yalan yaradır, ona xalq olaraq inanır, yekunda isə bunu dünyaya yayır. Elə götürək 100 il öncə ermənilərə qarşı törədilən əsassız soyqrım aktını. Ermənilər bu məsələni müxtəlif ölkələrdə təbliğ etsələr də, bunu heç vaxt Beynəlxalq Ədalət Məhkəməsinin gündəliyinə çıxartmayıb. Ermənilər yaxşı bilir ki, məsələ ətraflı araşdırılsa nəticəsi onlara sərf etməyəcək”.

Deputatın sözlərinə görə, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın irəli sürdüyü əsassız iddiaları qəbul etməməsi yekun qələbə demək deyil:

"Təəssüf ki, biz bu kimi məsələlərdə bir az tələsir, erkən qərarlar veririk. Hesab edirəm ki, tələsməməliyik və təmkinli şəkildə prosesi izləməliyik. Çünki gələcəkdə də Ermənistan yeni iddialar ilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edə bilər. Düzdür, bunun nəticəni dəyişəcəyini düşünmürəm, lakin hər halda ermənilərin gələcək iddialarına qarşı bugünkü kimi hazır və ayıq-sayıq olmalıyıq”.

S. Seyidov Ermənilərin Beynəlxalq Ədalət Məhkəməsi nəticəsini özlərinin lehinə təqdim etməsi haqda danışıb:

"Hesab edirəm ki, bunda təəccüblü heç nə yoxdur. Ermənilər bu günə qədər nəyi qəbul edib ki, bunu da qəbul etsin. Ermənilər hər zamankı kimi nəticəni öz maraqları naminə şərh edirlər. Qeyd etdiyim kimi, bu da həmin xalqın problemidir”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR