Gözlənilən görüntü gəldi

Gözlənilən görüntü gəldi

Bu səyahət planetimizin ətrafında 120 min 477 dəfə dönməyə bərabərdir 

Milli Aeronavtika və Kosmos İdarəsi olan NASA-nın kosmosa göndərdiyi "New Horizons" qurğusu Plutondan ilk görüntüləri göndərib.Bizimyol.info xəbər verir ki, Plutonun üzərindəki ürək formasındakı bölgəyə "Tombaugh Regio" adı verilib.

"New Horizons" komandasının başında yer alan Alan Stern, kosmik qurğunun Plutondan hal-hazırda 1,6 milyon kilometr uzaqda olduğunu bildirib. Stern qeyd edib ki, son dərəcə təsirli və aktiv bir sistemlə qarşı-qarşıyayıq.  

Qeyd edək ki, "New Horizons"-ın dünyadan təxminən 4,5 milyard kilometr uzaqlıqdakı Plutona səfəri 9 il çəkib. 
Bu səyahət planetimizin ətrafında 120 min 477 dəfə dönməyə bərabərdir. Layihə NASA üçün 720 milyon dollara başa gəlib. 

OXŞAR XƏBƏRLƏR