Göygöldə dəhşət - 8 ölü YENİLƏNİB

Göygöldə dəhşət - 8 ölü YENİLƏNİB
Ölənlər arasında bir uşaqlar da var

Göygöl rayonunda ağır yol qəzası nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. Sfera.az "report"a istinadla verdiyi məlumata görə, onlardan 2-si uşaq, 4-ü qadın, 2-si isə kişidir. 

Saat 13:38

Göygöl rayonunda ağır yol qəzası baş verib. Hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Nəticədə biri qadın, ikisi kişi olmaqla üç nəfər hadisə yerində ölüb, bir uşaq isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. 

Qəzada xəsarət alanların olduğu da bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR