Göygöldə 58 yaşlı çoban itkin düşüb - FOTO
Cəmiyyət
20:31 / 30.10.2019
7585
Göygöl rayonunda 58 yaşlı kişi itkin düşüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az verilən məlumata görə, Şamaxı rayonu Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Məmməd Əllazov oktyabrın 27-si səhər saatlarında çoban işlədiyi Göygöl rayonunun Firuzabad qəsəbəsindəki fermadan çıxaraq bir daha geri qayıtmayıb.
Onun əlamətləri belədir: boyu 160-165 sm, arıq bədən quruluşlu, ağ-qara saçlara malik, gözlərinin rəngi qonur. M.Əllazov fermadan çıxarkən əynində hərbi kostyum, hərbi şalvar, başında papaq, ayağında idman ayaqqabısı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-205-22-79, 022-205-50-57 şəhər və (055) 545-11-02, (070) 252-22-44 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.