Göyçayda su kanalından qadın meyiti tapıldı - FOTO
20:56 / 08.02.2019
3942
Göyçay rayonunda su kanalından qadın meyiti tapılıb.
"Report"xəbər verir ki, meyit bu gün səhər saatlarında Şirvan kanalının rayonun Cəyirli kəndindən keçən hissəsində aşkar edilib. Meyit yaxınlıqdakı insanların köməkliyi ilə sudan çıxarılıb.
Onun Göyçay şəhər, Qantəmir küçəsində qeydiyyatda olan, 1958-ci il təvəllüdlü Şəhla Abdullayeva olduğu müəyyənləşib.
Qadının ruhi xəstə olduğu və ailə qurmadığı bildirilir.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.