Göyçayda “Aprel şəhidləri unudulmur” adlı tədbir keçrilib

Göyçayda “Aprel şəhidləri unudulmur” adlı tədbir keçrilib
Göyçayda "Aprel şəhidləri unudulmur” adlı tədbir keçrilib. 2016-cı ilin aprel zəfəri Azərbaycan ordusunun qüdrətini bir daha sübut etdi.
 
Aprelin 5-də  Vətənpərvərlik həftəsi çərçivəsində "Aprel şəhidləri unudulmur" adlı tədbirdə Göyçay  rayonunun veteran döyüşçüləri iştirak edib.  Tədbirdə Azərbaycan Milli Qəhrəman Adil Kərimov, Qarabağ qazisi Rüfət Həsənov, Qarabağ qazisi Natiq Mehdiyev, Qarabağ qazisi  ehtiyyatda olan kapitan Anar Məmmədova və  polkovnik Babək Səmədli iştirak ediblər.
 
Göycay Rayon İcra Hakimiyyətinin Başçısı Mehdi Səlimzadə qaziləri qəbul edərək onların keçdiyi şərəfli döyüş yolundan söz açıb. Daha sonra tədbir iştirakçıları rayonun  Caxırlı  kənd sakini, aprel şəhidi Teymur Qasımovun ailəsi ilə görüşüblər.  
 
Daha sonra tədbir iştirakçıları rayon mərkəzində aprel şəhidi Teymur Qasımovun adını daşıyan küçədəki büstü önünə əklil qoyublar. 

OXŞAR XƏBƏRLƏR