Göyçaya dolu yağdı

Göyçaya dolu yağdı
Bu gün saat 16:00 radələrində Göyçay rayonuna güclü dolu düşüb və güclü küləklə müşayiət olunan leysan yağışı yağıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, təqribən 20 dəqiqə davam edən dolu və qasırğa təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

Dolu meyvə-tərəvəzə, taxıl sahələrinə ziyan vurub. Güclü külək və leysan yağışı rayonun Qarabaqqal, Hacalıkənd, Qaraxıdır, Bığır, Şəkər, Ləkçiplaq kəndlərinə böyük ziyan vurub. Evlər və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib. Güclü küləyin təsiri nəticəsində iri gövdəli çinar ağacları, elektrik dirəkləri aşıb, naqillər qırılıb. Rayonun enerji təsərrüfatı və rabitə sistemində də problemlər yaranıb. Rayon mərkəzi və kənd yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı dayanıb.

Yerli sakinlər belə güclü dolu və qasırğanın uzun illərdir ki, Göyçayda müşahidə olunmadığını bildirirlər. Dolunun ardınca isə leysan xarakterli güclü yağış yağmağa başlayıb və hazırda davam edir. Nəticədə bəzi həyətyanı sahələri su basıb, kəndlilərin otlaq, taxıl sahələrinə ziyan dəyib. "Ağaclarda nəinki yetişməmiş meyvələr, yarpaqlar belə tökülüb. Zəmilərdə taxıl tamamilə yatıb”, deyə kənd sakinləri bildirib.

Dolu və qasırğanın vurduğu ziyanın həcmi hələlik məlum deyil. Meyvə ağacları, pomidor və xiyar istixanaları yağan güclü dolu və külək nəticəsində tamamilə bərbad vəziyyətə düşüb. Ağacların yarpaqları və üzərində olan meyvələr tələf olub. Külək istixanaların üzərində olan sellofon örtükləri cıraraq istixanadakı tərəvəz məhsullarını yararsız hala salıb. Kənd sakinlərinin sözlərinə görə bu il rayonda kənd təsərrüfatı sahəsində məhsul çox az olacaq.

OXŞAR XƏBƏRLƏR

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz...

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Əməkdar artist Firuzə İbadova özü ilə bağlı yayılmış xəbəri təkzib edib.   Sfera.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında mə...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olublar.   Sfera.az xəbər verir k...

Azərbaycan UKEF ilə əməkdaşlığın mümkün istiqamətlərini MÜZAKİRƏ ETDİ

Azərbaycan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “UK Export Finance” (UKEF) ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edi...

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası KEÇİRİLİR

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası başlayıb.   Sfera.az xəbər verir ki, Milli Məclisdə keç...