Göyçay rayonunda 58 ailənin torpaq hüququ pozulub – ŞİKAYƏT

Göyçay rayonunda 58 ailənin torpaq hüququ pozulub – ŞİKAYƏT


Teyyub Mirqasımov Çayarxı kəndində torpaq sahəsi aldıqdan sonra 58 ailənin pay torpaqları "sürüşdüürülüb”. Bu haqda sfera.az saytına ümvanlanmış şikayətdə bildirilir.


Belə ki, Göyçay rayonu Çayarxı kəndində ”Arab bağı” adlanan ərazidə Dövlət aktı ilə (JN-660 – JN-719 saylı Dövlət aktları) 1998-ci ildə 58 ailəyə 26,86 hektar torpaq payıverilib. 1998-ci ildə Göyçay rayon Torpaq şöbəsinin, 2013-cü ildə Dövlət Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən həmin ərazi natura şəklində ölçülərək mərz nişanları ilə işarə edilməklə payçılara tanıdılıb.


Ötən 20 ildən artıq müddətdə sözügedən pay torpaqlarının sahibləri min bir zəhmətlə və külli miqdarda vəsait hesabına həmin sahələrə meyvə ağaçları əkiblər. 2017-ci ildə Mirqasımov Teyyub Mirəli oğlu həmin ərazidən torpaq sahəsialdıqdan sonra isə payçıların qara günləri başlayıb.


Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi müütəxəssislərinin səhvi və səhlənkarlığı nəticəsində heç birhüquqi əsas olmadan 1,40 hektar torpaq sahəsi (həmin sahədə torpaq çatışmazlığı olduğu halda) Mirqasımov Teyyub Mirəli oğluna "hədiyyə” edilərək qonşu payçının torpaq sahəsinə əmlak komitəsindən çıxarış verilmiş və 1,40 hektar qanunsuz "hədiyyə” torpağı müdafiə etmişlər.


Nəticədə bütün payçılar 1.40 hektar ölçüdə süürüşdürülərək 20 il ərzində əkdikləri meyvə bağlarını itirmək təhlükəsi ilə üzləşiblər.

 

Hüquqları pozulmuş torpaq sahibləri Azərbaycan Respublikası Prokurorluğu və Respublika Əmlak Məsələləri Dövlət Komitəsindən hansı əsaslarla Mirqasımov Teyyub Mirəli oğluna 1,40 hektar torpaq sahəsinin verilməsinin araşdırılmasını və məsələyə hüquqi qiymət verilməsini xahiş edirlər.


OXŞAR XƏBƏRLƏR

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...