Göyçay rayon sakinlərindən ÜRƏKDAĞLAYAN şikayət məktubu - QALMAQAL

Göyçay rayon sakinlərindən ÜRƏKDAĞLAYAN şikayət məktubu - QALMAQAL
Göyçay rayon sakinləri əllərini hər yerdən, hər kəsdən üzərək Sfera.az-ın redaksiyasına şikayət məktubu daxil ediblər. Şikayətin əsas səbəbi Göyçay Kommunal Təsərrüfat İdarəsinin müdiri Loğman Əliyevin rayon sakinlərinə qan uddurmasıdır. Sakinlər həyat və sağlamlıqlarının ciddi təhlükə altında  qalmasından narazıdırlar.
 
 
Uzun müddətdir ki, zibil tullantılarından əziyyət çəkən rayon sakinlərinin çoxsaylı şikayətlərinə baxmayaraq, baş qaldırmış problemlərlə bağlı heç bir aidiyatı qurum əhalinin qeydinə qalmayıb. Hətta bir çox media orqanlarına şikayətlər ünvanlansa da, rayonun GKTİ-nin müdiri Loğman Əliyev heç nəyə məhəl qoymayaraq öz çirkin əməllərini davam etdirir. 
 


Sfera.az bayram günlərində redaksiyamıza ünvanlanan  şikayət məktubunu təqdim edir:

"Dəfələrlə yaranan problemlərlə bağlı rayon icra başcısına müraciət etmişik. Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə  GKTİ-nin rəhbəri Loğman Əliyevlə ortaq qazandıqları pullar onu tam qane etdiyinə görə, onun barəsində daxil olan bütün şikayətləri əsassız sayaraq rədd edir. Hətta əlbir olub öz çirkin əməlləri ilə  bizlərə qan uddururlar. Başçı gözdən pərdə asmaq üçün guya Loğman Əliyevdən öz abırını gözləyir və çəkinir. Bir sözlə, heç bir problemimiz öz həllini tapmır, əksinə günü gündən daha da kəskinləşir. Arada qurban gedən bizlərik". 
 
 
Şikayətçilərin sözlərinə görə, əsas problemlərdən biri də zibil tullantılarının əhalinin istifadə etdiyi arx sularına qarışmasıdırır:

"Bu səbəbdən sakinlərin həyat və sağlamlıqları ciddi təhlükə qarşısında qalıb. Mal-qara tələf olur, camaat onkoloji xəstəliklərə yoluxur. Nə rayonun mərkəzinə, nə də biz tərəfə üz tutan zibil maşını yoxdur. Sanki, zibil maşınları suyu çəkilmiş dəyirman kimi yoxa çıxıblar. Zibillər günlərlə qapımızın ağzında yığılıb qalır, az qala ağzımıza girir. Ətrafa yayılan üfunət iyindən dayanmaq olmur. Bu səbəblərdən də yaşadığımız ərazi xarabalığa çevrilib. Bir sözlə, cənnət məkanımızı cəhənnəmə çevriblər. Özümüzü cənnətməkanda deyil, cəhənnəmdəki kimi hiss edirik. Acınacaqlı mənzərə yaranıb, bu da göz önündədir. Müraciətlərimizlə bağlı heç bir tədbir görülmür. Ümidimiz sizədir, bizlərdən bu əziz günlərdə köməyinizi əsirgəməyin”. 
 
 
Rayondan gələn fotoşəkillərdən da aydın görünür ki, aidiyyyatı qurumların rəhbərləri quruculuq işləri ilə məşğul olmaq əvəzinə, tam əksini edirlər. Rayon sözün əsl mənasında xarabalığa çevrilib, bir çox küçələrin kənarını zibil basıb. Bir sözlə, antisanitariya hökm sürür.
 
 
Sakinlərin şikayətlərini nəzərə alaraq, məsələ ilə bağlı rayonun icra orqanlarına zəng etdik. Bizi sakin bilərək sözümüzə məhəl qoymayıb, "gedin ürəyiniz hara istəyir şikayet edin. Biz bayramı qeyd edirik, bir də bizi narahat etməyin", - deyə cavab verdilər. Bu cavabdan sonra biz də öz növbəmizdə sakinlərin söylədiklərinə haqq qazandırası olduq. 
 
 
Son olaraq Prezident İlham Əliyevin çıxışlarına diqqət etsək görərik ki, məmurlar, nazirlər qarşısında şəffavlıq, özbaşınalığa yol verməmək və xalqa xidmət kimi məsuliyyətli tələblər qoyulub. Dövlət rəhbəri özü şəxsən ölkədə baş verən prosesləri diqqətlə izləyir və proseslərdən nəticə çıxarır. Birinci şəxs hansı məmurun nə işlə məşğul olmasından 100% xəbərdardır. O, görülən işlərlə yaxından tanış olur, problemlərdən anındaca xəbər tutur və nöqsanların təkrarlanmaması üçün ciddi addımlar atır. Vəzifə səlahiyyətindən sui-istifadə İlham Əliyevin bağışlamadığı səhvdir. O, ölkə başcısı olaraq şəffaflığın tərəfindədir. Cənab İlham Əliyevin özünün də dediyi kimi, apardığı islahatların kökündə yeganə və başlıca amil vətəndaş və xalqdır. O, xalqın rifahını düşünür və bu istiqamətdə lazımi addımlar və tədbirlər görür.  Dövlət başçısı dəfələrlə açıq şəkildə bildirib ki, ən ucqar kənddə belə vətəndaşları qəsdən incidən, süni əngəllər yaradan məmurlar dərhal cəzalandırılacaq.
 
 
Ümid edək ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə  və GKTİ-nin rəhbəri Loğman Əliyev prezident İlham Əliyevin çıxışından nəticə çıxaracaq və sakinlərin problemlərini həll edib müvafiq tədbirlər görəcəklər. 
 
 
P.S  Mövzunu diqqətdə saxlayacağıq . Yazıda adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazırıq.

Azad
Sfera.az
 
















OXŞAR XƏBƏRLƏR

Azərbaycanda AĞIR QƏZA - Ölənlər var + FOTO

Naxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə ...

Azərbaycan nefti cüzi UCUZLAŞDI

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.   Sfera.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üz...

İran XİN: "Azərbaycanla Ermənistanın delimitasiya ilə bağlı qərarına hörmətlə yanaşırıq"

İran Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası komissiyasının iclasında əldə olunmuş razılaşmalara hörmət edir.   Sfera.az İSNA-ya ...

Xankəndidə silah-sursat AŞKARLANDI

Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat tapılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.   Qeyd ol...

Britaniya naziri Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı ALQIŞLADI

Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Nusrat Qani Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayaraq bunu irəli mühüm add...

Qırğızıstanla Azərbaycan arasında ticari-iqtisadi sahədə sənədlər İMZALANACAQ

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana aprelin 24-25-də baş tutacaq dövlət səfəri çərçivəsində ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlı...