Göy öskürək uşağın ölümünə səbəb ola bilər

Göy öskürək uşağın ölümünə səbəb ola bilər

Göy öskürək - davamlı tutmaşəkilli öskürəklə xarakterizə olunan infeksion xəstəlikdir. Xəstəlik daha çox uşaqlarda rast gəlinir. Bəzən böyüklər də bu xəstəliyə tutula bilər.
 
Yenidoğulmuşlar və 1 aylığına qədər olan körpələr üçün göy öskürək çox təhlükəlidir. Xəstəliyin törədicisi - göyöskürək çöpüdür.
Uşaq xəstə ilə sadə təmas zamanı yoluxa bilər. Mikrob günəş şuaları, yüksək və aşağı temperaturların təsirindən asanlıqla məhv olur. Buna görə də göy öskürəyə tutulmuş xəstənin olduğu otağın xüsusi təmizlənməsinə ehtiyac olmur. Sadəcə, otağın havasını tez-tez dəyişmək kifayət edir. Xəstə uşağın oyuncaqlarını, qab-qacağını və digər əşyalarını sabunla yumaq lazımdır.
 
Uşaqlarda göy öskürəyə qarşı həssaslıq çox yüksəkdir. Ona görə də onlara mütləq bu xəstəliyə qarşı peyvənd vurdurun (bu peyvənd bütün uşaqlar üçün vacib olan peyvəndlər siyahısına daxildir). Peyvənd olunmuş uşaq göy öskürəyə tutulsa da, onu daha yüngül keçirir.
 
Keçirilən xəstəlikdən sonra davamlı ömürlük immunitet əmələ gəlir. Uşaqlıqda bu xəstəliyi keçirməmiş böyüklər də istənilən yaşda göyöskürəyə yoluxa bilərlər.
 
Xəstəliyin başlanğıcı KRVİ-yə bənzəyir. Lakin KRVİ-də olan öskürək daha yüngül olur və tez keçib gedir. Göy öskürək zamanı isə öskürək artaraq davamlı və tutmaşəkilli xarakter alır. Bir neçə dəqiqə çəkən ağır tutmaşəkilli öskürək fit səsli dərin nəfəsalmalarla əvəzlənir. Bu zaman uşağın üzü qızarır, sonra göyərir, boynunda damarlar genişlənir, gözlər qanla dolur. Bəzən öskürək tutmasından sonra uşaqda qusma, qeyri-iradi sidik ifrazı, hətta qıcolmalar olur. Üzücü öskürəkdən sonra uşaq halsız, yorğun olur, sifəti avazımış və bir qədər şişkin görünür.
 
Südəmər uşaqlarda göy öskürək zamanı baş verən öskürək tutmaları tənəffüsün dayanmasına gətirib çıxara bilər! Məhz buna görə də belə uşaqlarda göy öskürəyə azacıq şübhə yarandıqda, dərhal xəstəxanaya yerləşdirmək lazımdır. Göy öskürəyə tutulmuş hətta böyük uşaqları belə, nəzarətsiz qoymaq olmaz! Çünki xəstəlik zamanı baş verən öskürək tutmaları istənilən an tənəffüsün dayanmasına səbəb ola bilər!
 
Göy öskürək həmçinin öz fəsadları ilə də təhlükəli hesab edilir - pnevmoniya (sətəlcəm), kəskin laringit (qırtlağın iltihabı), göbək və qasıq yırtıqları, burun qanaxmaları, tənəffüsün dayanması, nevroloji pozulmalar və s. Xəstəlik başladıqdan sonra diaqnoz nə qədər tez qoyularsa, xəstə uşağı müalicə etmək bir o qədər asan olur. Sağalma tədricən baş verir, öskürək tutmalarının sayı yavaş-yavaş azalır. Göy öskürək keçirən uşaqları uzun müddət pediatr, pulmonoloq və bəzi hallarda isə hətta nevropatoloq nəzarət altında saxlamalıdır.
Göy öskürəyin profilaktikası - uşağa vaxtında bu təhlükəli xəstəliyə qarşı vurulmuş peyvənddir. (saglamolun.az)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Şəxsi bank kart məlumatları ələ keçirilir: DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallar...

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...