Gürcüstanın sabiq spikeri: \"Azərbaycanda səfərdə olarkən istefa verməyim düzgün deyildi\"

Gürcüstanın sabiq spikeri: \
Gürcüstan parlamentinin keçmiş sədri İrakli Kobaxidze istefasına dair ilk dəfə olaraq açıqlama verib.

"Report”un yerli bürosunun məlumatına görə, sabiq spiker istefası barədə qərarın prinsipial olduğunu bildirib.

İ.Kobaxidze deyib ki, rusiyalı deputatın Gürcüstan parlamenti sədrinin kürsüsündə əyləşməsi ilə bağlı məsuliyyət onun üzərində olub: "Buna görə də mən hakim komandaya vəzifəmi tərk etməklə bağlı qərarımı bildirdim. İstefamın tələb olunduğu vaxt vəzifəmdən getməməyimə gəlincə, mən həmin gün Azərbaycanda səfərdə idim və bu cür qərarların digər ölkədə qəbul olunması düzgün deyil”.

Qeyd edək ki, İ.Kobaxidze iyunun 20-də Azərbaycana ilk rəsmi səfər edib. Rusiya Dumasının üzvü Sergey Qavrilovun Gürcüstan parlamentində keçirilən Parlamentlərarası Pravoslav Assambleyasının 26-cı Baş Assambleyası zamanı spikerin kürsüsündə əyləşməsi ölkədə ciddi etirazlara səbəb olub. Etirazlar fonunda İ.Kobaxidze Azərbaycana səfərini yarımçıq qoyaraq vətənə qayıdıb və iyunun 21-də vəzifəsindən istefa verib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü başlayıb.   Sfera.az ...

Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi OLDU

Azərbaycana dövlət səfərinə gələn Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.   Sfera.az xəbər verir ki, hər...

Məşhur müğənninin konsetində DAVA DÜŞDÜ

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin konsertində dava düşüb.   Sfera.az xəbər verir ki, müğənninin “Cratos Casino”da verd...

24 Aprel – Gənclərin Beynəlxalq Həmrəylik Günüdür

Ümumdünya Demokratik Gənclər Federasiyasının qərarı ilə 1957-ci ildən hər il aprelin 24-də Beynəlxalq Gənclərin Həmrəylik Günü (International Day of Youth Solid...

Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə HƏBS EDİLDİ

Moskva məhkəmələrindən biri istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.   Sfera.az x...

Bu şəhərə giriş PULLU OLACAQ - Səhər saat 08:30-dan...

Sabahdan etibarən İtaliyanın turizm şəhəri olan Venesiyaya gündəlik giriş haqları alınacaq.   Sfera.az bildirir ki, gündəlik ziyarətlər üçün bi...