Dünya

Gürcüstanın Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olundu

Gürcüstanın Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olundu
Gürcüstanın keçmiş müdafiə naziri Levan İzoria ölkənin Kəşfiyyat Xidmətinə rəhbərlik edəcək.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, L.İzoria Xidmətin əməkdaşları ilə görüş keçirib və qurumda həyata keçirilən islahatlarla tanış olub.

O, Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri David Sucaşviliyə peşəkarlığına görə təşəkkür edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

D.Sucaşvili Gürcüstan müdafiə nazirinin müavini təyin olunub.

Qeyd edək ki, L.İzoria 2016-cı ilin avqustundan 2019-cu ilin sentyabrın 3-dək müdafiə naziri olub.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30