Gürcüstanın ilk qadın prezidenti and içdi

Gürcüstanın ilk qadın prezidenti and içdi
Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi keçirilib.

Sfera.az "Report”a istinadən xəbər verir ki, Telavi şəhərində II İrakli sarayında keçirilən tədbirdə Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili, baş nazir Mamuka Baxtadze, parlament sədri İrakli Kobaxidze, hökumət üzvləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edib.



Andimçə mərasiminə təxminən 55 ölkənin yüksək səviyyəli 150-yə qədər nümayəndəsi qatılıb. Azərbaycanı tədbirdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

S.Zurabişvili prezident səlahiyyətlərini vicdanla yerinə yetirəcəyinə and içib: "Mən, xalqımın rifahı və təhlükəsizliyini müdafiə edəcəyəm, millətim və vətənimin dirçəlməsi və gücləndirilməsinin qayğısına qalacağam”.

Dövlət başçısı məqsədinin Gürcüstanın avropalı gələcəyinin dönməzliyinə nail olmaqdan ibarət olduğunu deyib: "Bizim əsas hədəfimizə heç nə mane ola bilməz”.

O, Gürcüstanın hər bir vətəndaşının prezidenti olacağı, vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəyinə söz verib: "Mən qanunun aliliyini təmin edəcəyəm, vətəndaş cəmiyyətinin möhkəmlənməsi və siyasi mədəniyyətin inkişafının qayğısına qalacağam”.

Mərasimdən sonra Vaja Pşavela adına Telavi Dövlət Dram Teatrında S.Zurabişvilinin adından təntənəli qəbul təşkil olunub.

S.Zurabişvili Gürcüstanın sayca beşinci prezidenti, ölkənin tarixində isə birinci qadın dövlət başçısı olub. Xanım prezident 6 il müddətinə dövlət başçısı vəzifəsini yerinə yetirəcək.

OXŞAR XƏBƏRLƏR

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...