Gürcüstanın deputatları Qarabağ separatçısına büstün qoyulmasını qınadılar

Gürcüstanın deputatları Qarabağ separatçısına büstün qoyulmasını qınadılar
Gürcüstan parlamentinin deputatları Qarabağ separatçısı Mixail Avaqyana Axalkalaki rayonunun Buqaşen kəndində büstün qoyulması ilə bağlı müraciət qəbul ediblər.

Sfera.az bildirir ki, məktubu hakim Gürcü Arzusu Partiyasının deputatları Mahir DərziyevSavalan MirzəyevRuslan Hacıyev və Tamaz Naveriani imzalayıblar.

Müraciətdə deyilir ki, Mixail Avaqyana abidənin ucaldılması Gürcüstan ictimaiyyəti, eləcə də bu ölkənin Azərbaycan icması tərəfindən haqlı olaraq dərin qınaq və narazılıqla qarşılanıb: "Gürcüstan separatçılıq, terrordan ən çox əziyyət çəkən ölkələrdən biridir. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində vuruşmuş, dinc əhaliyə qarşı qətliamlarda iştirakına dair əsaslı şübhələr olan separatçıya, terrorçuya abidə qoyulması, ilk növbədə, Gürcüstanın özünə qarşı bir xəyanətdir. Bu həm də Gürcüstanın milli və dövlət maraqlarına zidd olan bir addımdır”.

Millət vəkilləri qeyd ediblər ki, həmin büstün Azərbaycan xalqının hüzn günü - 20 Yanvar faciəsinin ildönümünün qeyd olunduğu bir gündə qoyulması ilə bağlı soydaşlarımızın keçirdiyi hissləri onlar da bölüşürlər: "Tam məsuliyyətlə bildirmək istəyirik ki, bu hadisə Gürcüstan dövlətinin və bizim təmsil olunduğumuz Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının mövqeyi ilə tam ziddir. 1994-cü ildə qoyulmuş abidənin bərpası və açılış mərasimi ilə bağlı bütün məsuliyyət Axalkalaki yerli özünüidarəetmə orqanının üzərinə düşür”.

Müraciətdə həmçinin vurğulanıb ki, parlament, hökumət və partiya səviyyəsində keçirilmiş müzakirələrdə bu xoşagəlməz hadisədən narahatlıq ifadə olunub, gələcəkdə bu cür hadisələrin təkrar olunmaması üçün bu gün lazımi tədbirlərin görülməsi qərara alınıb.

Sənəddə Azərbaycanla münasibətlərin, strateji tərəfdaşlığın önəmi vurğulanıb və bu münasibətləri zədələyəcək hər hansı bir addımın yolverilməz olduğu bildirilib: "Bu yekdil rəy parlament və partiya rəhbərliyinin, millət vəkillərinin KİV-lərə verdikləri açıqlamalarında da birmənalı olaraq qeyd edilib. Ayrı-ayrı məmurların fərdi məsuliyyəti, onların əməllərinə hüquqi qiymət verilməsi məsələsi gündəmdədir”.

Deputatlar yaranmış şəraitdə Gürcüstanda yaşayan azərbaycanlıları səbir və təmkinlə davranmağa, emosiyalara qapılmamağa çağırıblar: "Bu məsələ ətrafında ajiotaj, məsələnin siyasi müstəviyə çəkilməsi bəlli daxili və xarici qüvvələrin mənafelərinə xidmət edir. Unutmayaq ki, cəmiyyətdə qarşıdurma, gərginlik yaradılması, xüsusilə ölkəmizdə millətlər arasındakı mövcud dostluq və qarşılıqlı etimad münasibətlərinə ziyan vurulması Gürcüstana qarşı yönəldilmiş bir təxribat olar”.


OXŞAR XƏBƏRLƏR

Yaponiya və İran XİN başçıları Yaxın Şərqdəki son hadisələri MÜZAKİRƏ ETDİLƏR

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığında Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.   ...

Xalq artisti Tünzalə Ağayeva “Beynəlxalq Mədəniyyət Günü”ndə iştirak etdi - FOTOLAR

Mərdəkan Mədəniyyət Sarayında növbəti tədbir baş tutub. Yığıncaq Beynəlxalq Mədəniyyət Gününə həsr olunub.   Sfera.az xəbər verir ki, tədbirdə bir sı...

Tanınmış həkim nömrəsini maşın qiymətinə satır - FOTO

Bakıda 26 000 manata telefon nömrəsi satışa çıxarılıb.   Sfera.az-ın məlumatına görə, bu haqda elan saytlarından birində təklif yerləşdirilib. O...

Aİ nümayəndəliyi: "Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur"

Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazım...

MAQATE baş direktorundan Zaporojye AES-lə bağlı HƏYƏCAN TƏBİLİ: "Hər an..."

“Zaporojye atom elektrik stansiyasına (ZNPP) olan son hücumlar stansiyanın təhlükəsizliyinə görə riskləri azaltmaq üçün razılaşdırılmış prinsiplərdən biri...

İrandan SƏRT XƏBƏRDARLIQ: “Saniyələr ərzində zərbə endirəcəyik!”

“İsrail İrana hücum etməyə cəhd edərsə, Tehran saniyələr ərzində cavab verəcək”.   Sfera.az bildirir ki, bunu İran xarici işlər nazirini...