Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin həcmi açıqlanıb

Gürcüstanın Azərbaycandan idxal etdiyi elektrik enerjisinin həcmi açıqlanıb
 

2019-cu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 760.538 milyon kilovatsaat elektrik enerjisi idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Sistemi Kommersiya Operatorunun (ESCO) hesabatında bildirilib. Hesabatda qeyd olunub ki, ötən ilin analoji dövründə Azərbaycandan bu ölkəyə 1230.092 milyon kilovat saat elektrik enerjisi ixrac edilib.

Cari ilin avqust ayında isə Gürcüstan Azərbaycandan 119.17 milyon kilovat saat  elektrik enerjisi alıb. Hesabat dövründə Gürcüstanın idxal elektrik enerjisinin 100 faizi Azərbaycanın payına düşüb. 

 

Avqust ayında Azərbaycan  Gürcüstan ərazisindən Türkiyəyə 37.87 milyon kilovat saat elektrik enerjisi  ixrac edib.


OXŞAR XƏBƏRLƏR