Cəmİyyət

Gürcüstanın Azərbaycana nə qədər borcu var?

Gürcüstanın Azərbaycana nə qədər borcu var?
Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyü

Bu il mayın 1-nə Gürcüstanın Azərbaycana olan borcu 7,435 mln. ABŞ dolları təşkil edib. Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilib.

Hesabata əsasən, bu göstərici aprel ayı ilə müqayisədə dəyişməz qalıb.

Gürcüstanın ümumi xarici dövlət borcu aylıq müqayisədə 13, 323 mln. dollar azalaraq 5 375, 651 mln. dollar təşkil edib. Bu məbləğin 5 209, 360 mln. dolları hökumətin payına düşür.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyü dəyişməz olaraq qalıb. Bu siyahıya Almaniya (317,830 mln. dollar), Fransa (246,510 mln. dollar) və Yaponiya (210, 691 mln. dollar) daxildir.

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan borcu aylıq müqayisədə dəyişməz qalaraq, müvafiq olaraq 14, 273 mln. dollar, 58, 773 mln. dollar və 8, 305 mln. dollar təşkil edib. /report/

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031