Gürcüstanda şəhər merliyinə namizəd gənclərlə görüşüb

Gürcüstanda şəhər merliyinə namizəd gənclərlə görüşüb
 

May ayında Gürcüstanın bir neçə bölgəsində mer seçkilərinin keçirilməsi nəzərdə tutulur, hakim "Gürcü arzusu" partiyasının Marneuli munisipaliteti merliyinə namizədi olan Zaur Darğallının azərbaycanlı gənclərlə və tələbələrlə görüşü keçirildi.

Namizəd gənclərə seçkiöncəsi proqramının təqdimatını edərək özünüidarəetmə orqanlarının həyata keçirəcəyi işlərdə gənclərin iştirakının vacibliyinə diqqət yetirdi.

 

Zaur Darğallı çıxışında mer seçiləcəyi tədqirdə əhəmiyyət göstərəcəyi mövzuları xüsusilə vurğuladı. Onlardan, gənclər üçün nəzərdə tutulan proqramların həyata keçirilməsi, gənclərin idealarının, inkişaf mərkəzlərinin yaradılmasının planlaşdırılması, habelə ali təhsil ocaqlarının son kurslarında təhsil alan və bitirmiş gənclər üçün "Marneuli könüllüləri" adlı staj proqramının yaradılması, tələbələr üçün güzəştli nəqliyyat kartları, təqaüdlər,iş imkanları və s. Kimi işləri həyata keçirəcəyini dedi.

 

Namizəd seçki platformasını təqdim etdikdən sonra görüş diskussiya şəkilində davam etdi. Gənclər onları narahat edən bir sıra məsələlərə toxunaraq idea və təkliflərini irəli sürdülər.

 

Qeyd edək ki, Gürcüstanda mer seçkiləri may ayında keçirilməsi nəzərdə tutulur, aparılan araşdırmalara əsasən ən çox şansı olan namizəd Zaur Darğalıdır.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

“WhatsApp” internet olmadan istifadə edilə biləcək.   Sfera.az “WABetaInfo”ya istinadən xəbər verir ki, istifadəçilər interne...

Məhkəmə Ələsgər Məmmədli barədə qərar QƏBUL ETDİ

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.   Sfera.az xəbər ver...

Azərbaycan - Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib - Millət vəkili yazır…

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri bir çox ölkələrin, o cümlədən Ermənistanın mediasında geniş şərh olundu. Əslində ...

Prezidentdən Allahverən İsmayılov ilə bağlı SƏRƏNCAM

Allahverən İsmayılov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərə...

Bank BTB-də nə baş verir? Rəhbər işçilər bir-bir bankı tərk edir

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir.    Sfera.az xəbər verir ki, “Yeni Sabah”ın məlumatına görə, bu dəf...