Cəmİyyət

Gürcüstanda qızını erkən nikaha məcbur edən azərbaycanlının həbsinə HÜQUQŞÜNAS RƏYİ

Gürcüstanda qızını erkən nikaha məcbur edən azərbaycanlının həbsinə HÜQUQŞÜNAS RƏYİ


Gürcüstanın həmyerlilərimiz yaşayan Kaxeti bölgəsində azyaşlı qızına təsir edərək nikaha cəlb edən şəxs Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və ona 2 ildən 4 ilə qədər azadlıqdan məhrumetmə cəzasının veriləcəyi gözlənilir.


Qeyd edək ki, azyaşlıların erkən nikaha cəlb edilməsi Azərbaycanda da geniş yayılıb. Amma bu kimi faktlara görə ölkəmizdə kiminsə cinayət məsuliyyətinə cəlb olunmasına rast gəlmirik. Ümumiyyətlə, bu kimi hallarla bağlı Azərbaycan qanunvericiliyində hansı cəzalar nəzərdə tutulur?


Mövzuyla bağlı Sfera.az-a açıqlama verən hüquqşünas Səməd Vəkilov Gürcüstanda soydaşımızla bağlı baş vermis sonuncu olaya təkcə hüquqi aspektdən yanaşmağın doğru olmadığını hesab edir:


"Təbii ki, ortada qanunun müvafiq maddəsinin pozulması halı var. Bu səbəbdən həmin soydaşımız qanunla müəyyən olunmuş cəzasını almalıdır. Ancaq eyni zamanda bu, yalnız hüquqi məsələ deyil. Mən 10 il Gürcüstan üzrə hüquq eksperti olmuşam. Öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, burada həm də soydaşlarımıza qarşı mənfi mənada xüsusi münasibət var. Erkən nikahlarla bağlı Gürcüstan Cinayət Məcəlləsində cəza tədbiri kimi 3 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə bəndinin salınması birbaşa soydaşlarımızı hədəfə almağa hesablanmış addımdır. Belə ki, bu addım həmyerlilərimizin Gürcüstanda sayca çoxalmasının, demoqrafik durumun dəyişməsinin qarşısının alınmasına hesablanıb”.

 

Ölkəmizdə də erkən nikahların artdığını söyləyən Səməd Vəkilov ölkəmizdə buna görə hüquqi cəzalandırma mexanizminin işə düşmədiyini söyləyib: "Baxmayaraq ki, Azərbaycanın bəlli bölgələrində erkən nikahlar çox yayılıb və bu əmələ görə Cinayət Məcəlləsində 3 ilə qədər azadlıqdan məhrumetmə cazası nəzərdə tutulub, amma indiyə qədər hansısa atanın övladını erkən nikaha məcbur etdiyinə görə həbs edildiyinin şahidi olmamışam”.

 

 

Səbuhi

Sfera.az

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930