Gürcüstanda prezident seçkiləri - YEKUN NƏTİCƏ

Gürcüstanda prezident seçkiləri - YEKUN NƏTİCƏ
Gürcüstanda keçirilmiş prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili qalib gəlib.
 
Səslərin 100 faizi sayılıb.
Nəticələrə görə, xanım S.Zurabişvili 59,52 faiz səs toplayıb. Müxalif namizəd Qriqol Vaşadze isə 40,48 faiz səs toplayıb.

S.Zurabişviliyə 1,1 milyon seçici səs verib. Seçkilərdə iştirak faizi 56,223 faiz təşkil edib.

Qeyd edək ki, Salome Zurabişvili 2004-2005-ci illərdə Gürcüstanın xarici işlər naziri vəzifəsində çalışıb. 2016-cı ildə Gürcüstan parlamentinin deputatı seçilib. Cari ilin avqustunda müstəqil namizəd kimi prezident seçkilərinə qatılacağını bəyan edib. Sentyabrın əvvəlində isə "Gürcü arzusu” partiyası prezidentliyə namizəd irəli sürməyəcəyini və S.Zurabişvilini dəstəkləyəcəyini bildirib./ Trend

OXŞAR XƏBƏRLƏR

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...

Prezidentlər Ağdamda görülən işlərlə tanış OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən...

AQTA COP29-la bağlı apardığı monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar AŞKARLADI

COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz...

Sabah 30 dərəcə isti OLACAQ

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Firuzə İbadova Cavanşir Məmmədovla bağlı açıqlamasını TƏKZİB ETDİ: "Mən elə deməmişəm...” – FOTO

Əməkdar artist Firuzə İbadova özü ilə bağlı yayılmış xəbəri təkzib edib.   Sfera.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında mə...

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində OLDULAR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam şəhərində olublar.   Sfera.az xəbər verir k...