AdRiver
Gürcüstanda azərbaycanlı şəhər meri həbs olundu

Gürcüstanda azərbaycanlı şəhər meri həbs olundu

Gürcüstanda azərbaycanlıların çoxluq təşkil etdiyi Marneuli şəhərinin meri Temur Abazov saxlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstan prokurorluğu məlumat yayıb. O, Marneuli sakininin şəxsiyyətini alçaldan fəaliyyətə yol verdiyinə görə saxlanılıb. İstintaq işini Kvemo Kartli regionunun baş prokurorluq şöbəsi aparır.

Qeyd edək ki, Tbilisidə keçirilən aksiya zamanı bir kişinin Bidzina İvanişvili və Marneuli merini təhqir etməsi videosu yayılmışdı. Daha sonra bu kişinin mer tərəfindən qeyri-insani münasibətə məruz qaldığı video paylaşılmışdı.

Rəsul
Sfera.az

DİGƏR XƏBƏRLƏR


---