Gürcüstanda Azərbaycan vətəndaşı 15 il müddətinə həbs olundu

Gürcüstanda Azərbaycan vətəndaşı 15 il müddətinə həbs olundu
Ötən ilin mayında Türkiyədən Gürcüstana narkotik vasitələri qanunsuz keçirməyə cəhd edən Azərbaycan vətəndaşının məhkəməsi keçirilib.

Sfera.az "Report”-a istinadla xəbər verir ki, Axalkalaki Rayon Məhkəməsi Ş.H. adlı Azərbaycan vətəndaşını ittiham üzrə günahkar olduğunu sübut edib.

Məhkəmənin qərarı ilə 1982-ci il təvəllüdlü Azərbaycan vətəndaşı 15 il müddətinə azadlıqdan məhrum olunub. Həmin şəxsin narkotik vasitələri Gürcüstana keçirdiyi avtomobili dövlət hesabına müsadirə olunub.

Qeyd edək ki, Azərbaycan vətəndaşı 2018-ci ilin mayın 7-də Gürcüstan-Türkiyə sərhədində yerləşən "Kartsaxi” sərhəd-keçid məntəqəsində saxlanılıb. Ona məxsus "Mercedes Benz” markalı avtomobildə axtarış zamanı ümumi çəkisi 11,1992 qram olan 1 400 ədəd suboksin həbi aşkar olunub.

OXŞAR XƏBƏRLƏR