Gürcüstanda aksiyada qan töküldü: etirazçılar polislə əlbəyaxaya çıxıb

Gürcüstanda aksiyada qan töküldü: etirazçılar polislə əlbəyaxaya çıxıb
Gürcüstanda bir qrup şəxs parlament qarşısına toplaşaraq Rusiya parlamentinin nümayəndə heyətinin ölkəyə səfərinə qarşı etiraz aksiyası keçirirlər.

"RİA Novosti” xəbər verir ki, Rustaveli prospektini bağlayan etirazçılar rusiyalı deputatların dərhal ölkəni tərk etmələrini tələb ediblər. 

Hadisə yerinə polis cəlb olunub.

"Agenda” xəbər verir ki, bu gün Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı Assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov parlament spikeri kürsüsündən nitq söyləyəndə qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. Gürcüstan Xəyalı Partiyası da toplantıya sədrliyin rusiyalı deputatlara yox, qurumun yunanıstanlı baş katibinə həvalə olunmasını tələb ediblər.

Məsələ ilə bağlı baş nazir Mamuka Baxtadze də bəyanat yayaraq işğalçı ölkənin parlamenti üzvünü Gürcüstan parlamentinin ali kürsüsündə görməyin çox ağır olduğunu, bu halın milli mənafelərinə toxunduğunu açıqlayıb.

Son məlumata görə, rus deputatlar ölkəni tərk etsələr də, Tbilisidə etiraz aksiyasında iştirakçılar geri çəkilməyib. Nəticədə yüzlərlə etirazçı ilə polis arasında fiziki qarşıdurma yaşanıb.

Bu dəqiqələrdə polis dəmir hasarları qıraraq parlament binasına daxil olmağa cəhd edən etirazçıların qarşısını alır.

Qarşıdurma nəticəsində hər iki tərəfdə xəsarət alanların olduğu bildirilir.

***

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria etiraz aksiyasının keçirildiyi parlamentin qarşısına gəlib.

Nazir etirazçıları polisin tələblərinə əməl etməyə çağırıb.

G.Qaxaria bildirib ki, qanunverici orqanın qarşısında baş verənlər dövlət qurumlarına hücumdur: "Burada olan hər bir vətəndaşı polisin tələblərinə qeyd-şərtsiz tabe olmağa çağırıram”.

***

Gürcüstanın daxili işlər naziri Georgi Qaxariya tələb olunarsa, istefa verməyə hazır olduğunu bildirib.

Gürcüstanın baş naziri Mamuka Baxtadze parlament binasına gəlib.

Hökumət başçısı ilə yanaşı daxili işlər naziri Giorgi Qaxaria və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Anzor Çubinidze də qanunverici orqandadırlar.

M.Baxtadzenin yaranmış vəziyyətlə bağlı bəyanat verib-verməyəcəyi hələ məlum deyil.

Parlamentin qarşısında davam edən etiraz aksiyasında vəziyyət gərgin olaraq qalır/Report

OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...