Gürcüstanda ağır qəza - Ölən azərbaycanlıların sayı 4 nəfərə çatıb - FOTO

Gürcüstanda ağır qəza - Ölən azərbaycanlıların sayı 4 nəfərə çatıb - FOTO

Gürcüstanda baş verən yol qəzasında ölən azərbaycanlıların sayı dörd nəfərə çatıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, ötən gün səhər saatlarında qonşu Gürcüstan Respublikasında iki nəfər Azərbaycan vətəndaşının (Zaqatala rayon sakinləri) ölümü ilə nəticələnən hadisə zamanı ağır xəsarət alan 4 yaşlı oğlan və 3 yaşlı qız Tbilisi şəhərindəki xəstəxanada ölüblər.

Xəstəxanada ölən iki azyaşlı qəza zamanı hadisə yerində ölən, Zaqatala rayon sakini Yusif Dibirovun Rusiya Federasiyasında yaşayan nəvələridir. Yusif Dibirov qəza baş verən gün Rusiya Federasiyasından Zaqatalaya gəzməyə gələn gəlini və nəvələrini qarşılamaq üçün Tbilisiyə gedib. O, gəlini və nəvələri ilə Zaqatalaya qayıdan zaman Tbilisidən 40-50 km aralıda qəza baş verib.

 




OXŞAR XƏBƏRLƏR