Gürcüstanda 2 azərbaycanlı \"donuz qripi\"nə yoluxub - biri uşaqdır
16:01 / 17.01.2019
1983
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda "donuz qripi"nə 4 yoluxma halı qeydə alınıb.
"Report" xəbər verir ki, xəstəliyə yoluxanların ikisi azərbaycanlıdır.
Onlardan biri 39 yaşlı qadın, digəri isə 5 yaşlı uşaqdır. Həkimlər qadının vəziyyətini orta-ağır, uşağın durumunu isə ağır kimi qiymətləndirirlər.
Xatırladaq ki, Gürcüstanda bu günə qədər "donuz qripi" adlandırılan A (H1N1) virusundan 17 nəfər ölüb.