Gürcüstan prezidenti azərbaycanlı gənclərlə görüşəcək

Gürcüstan prezidenti azərbaycanlı gənclərlə görüşəcək
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili "Müstəqillikdən azadlığa – respublikanın 100 illiyi” kampaniyası çərçivəsində fevralın 26-da azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonuna səfər edəcək.

Sfera.az APA-ya istinadən bildirir ki, dövlət başçısı rayonun Mülki Məşğulluq Mərkəzində yerli gənclər və ictimaiyyət nümayəndələri ilə görüş keçirəcək.

G. Marqvelaşvili görüşdə Gürcüstan dövlətçiliyinin qarşısında duran müasir çağırışlar barədə danışacaq və kampaniyanın məqsədlərini açıqlayacaq.

Qeyd edək ki, G. Marqvelaşvili qeyd olunan kampaniyaya fevralın 20-də Telavi Dövlət Universitetində start verib. Dövlət başçısı tədbirdə gəncləri yubiley tədbirlərinə qoşulmağa çağırıb və respublikanın 100 illiyi ilə bağlı esse müsabiqəsi elan edib. Mayın 26-dək davam edəcək kampaniya ölkənin bir sıra şəhər və rayonlarını əhatə edəcək.   

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...