Gürcüstan parlamentinin payız sessiyası qalmaqalla başlayıb

Gürcüstan parlamentinin payız sessiyası qalmaqalla başlayıb
 

Gürcüstan parlamentinin payız sessiyası qalmaqalla başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə,  "Avropalı Gürcüstan" Partiyasının parlamentdə təmsil olunan üzvləri Nazirlər Kabinetinin tərkibinin dəyişdirilməsinə fit çalaraq etiraz ediblər. Daha sonra "Avropalı Gürcüstan" və "Vahid Milli Hərəkat" partiyalarından olan deputatlar iclas zalını tərk ediblər.

Payız sessiyasının ilk iclasının gündəliyinə yeni baş nazirə və Nazirlər Kabinetinə etimad məsələsi salınıb.

 

İclasda müzakirə ediləcək əsas məsələlərdən biri də 2020-ci il parlament seçkilərinin proporsional sistemlə keçirilməsini nəzərdə tutan konstitusiya dəyişiklikləri olacaq. Bununla birlikdə, konstitusiyaya təklif olunan dəyişikliklər parlamentdə müzakirə olunmazdan əvvəl layihənin ictimai müzakirəsi üçün bir ay davam edəcək bir prosedur başlayacaq.

Parlament Ali Məhkəmənin hakimlərini də payız sessiyasında seçəcək.

Qeyd edək ki, hazırda parlament binasının ətrafında da etiraz aksiyaları keçirilir. Aksiyaçılar Giorgi Qaxarianın Baş nazir təyin edilməsinə etiraz edirlər.


OXŞAR XƏBƏRLƏR