Gürcüstan müsəlmanları hərbi xidmət haqqında qanuna dəyişikliyə qarşıdır

Gürcüstan müsəlmanları hərbi xidmət haqqında qanuna dəyişikliyə qarşıdır

 

Gürcüstanda həqiqi hərbi xidmət haqqında qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi hazırlanıb.

 

"Report”un Gürcüstan bürosu xəbər verir ki, layihədə yalnız pravoslav din xadimlərinin həqiqi hərbi xidmətdən azad olunması nəzərdə tutulub.

 

Sənədə əsasən, digər dinə qulluq edən şəxslərin hərbi xidmətdən azad olunması hüququ olmayacaq.

 

Məsələni "Report”un yerli bürosuna şərh edən Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Hacı Ramin İgidov bildirib ki, hərbi xidmətdən azad olunmanın yalnız pravoslav ruhanilərinə şamil olunması diskriminasiyadır: "Qanuna bu cür dəyişikliyin edilməsi yanlış yanaşmadır. Əgər dəyişiklik qəbul olunacaqsa, bu, ya bütün din xadimlərinə aid edilməli, ya da heç bir din xadiminə aid edilməməlidir”.

 

Onun sözlərinə görə, gələn həftənin əvvəlində Gürcüstan parlamentində görüş keçiriləcək və məsələ ilə bağlı idarənin münasibəti açıqlanacaq.

 

R.İgidov deyib ki, Gürcüstanda çoxlu sayda dini sekta və cərəyanlar fəaliyyət göstərir: "Onlar da saxtakarlıq yolu ilə vətəndaşları hərbi xidmətdən yayındırırlar. Biz təklif edirik ki, Gürcüstanda "Din haqqında" qanun qəbul olunsun. Belə bir qanun olsa, ənənəvi və qeyri-ənənəvi dinlər fərqləndiriləcək”.

 

GMİ sədri qanuna nəzərdə tutulan dəyişikliklərin din xadimlərinin alternativ hərbi xidmət keçmələrinə aid olunmayacağını qeyd edib: "Alternativ xidməti din xadimləri ibadət evində keçir. Onlar həftədə 41 saat olmaqla il yarım müddətində dini məkanda ayin və ibadətər yerinə yetirir, həm də ibadət yerinə nəzarət edir və təmizlik işlərinə baxır”.

 

Qeyd edək ki, qanun layihəsi Gürcüstanda digər dini konfessiyalar arasında da narazılıq yaradıb.



OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...