Gürcüstan azərbaycanlılarının torpaq problemləri parlamentdə müzakirə olunub

Gürcüstan azərbaycanlılarının torpaq problemləri parlamentdə müzakirə olunub


Komissiyanın iclasında Saqareco və Qardabani rayonlarında torpaq ərazilərindən istifadə ilə bağlı problemlər müzakirə olunub. "Gürcü arzusu - Sosial Demokratlar” fraksiyasının sədri Qia Jorjoliani və fraksiya üzvləri, yerli hakimiyyət orqanlarının nümayəndələri, ekspertlər gürcü və azərbaycanlıları narahat edən torpaq problemlərindən danışıblar. İclasda torpaq qeydiyyatı və müxtəlif problemlərin gecikmə səbəbləri barədə fikir və təkliflər vurğulanıb.

Tədbirdə əcnəbilərə Gürcüstanda, o cümlədən Saqareco və Qardabani rayonlarında torpaq sahələrinin satışına dair müzakirələr də aparılıb. 

Qeyd olunub ki, torpaq islahatı və torpaq ərazilərinin qeydiyyatı bəzi kəndlərdə düzgün həyata keçirilməyib və sakinlər torpaqdan istifadə edə bilmirlər. İclasda həmçinin torpaq islahatı həyata keçirilən zaman bəzi sənədlərin itdiyi də vurğulanıb və hazırda torpaqların qeydiyyatı imkanları çətinləşib. 

"Sosial-Demokratlar” fraksiyasının iclasında sədr Qia Jorjoliani çıxış edərək mövcud qanunvericiliyə görə torpaq probleminin həllinin çətin olduğunu, lakin yerli əhalini dəstəkləyəcəklərini bildirib. O, torpaq haqqında müəyyən xüsusi bir qərarın qəbuluna ehtiyac yarandığını bildirib: "Bunun üçün vəziyyət hərtərəfli təhlil etmək lazımdır”, - deyə fraksiya sədri qeyd edib. 

Tədbirdə Qardabani və Saqareco rayonlarından majoritar deputat seçilən Savalan Mirzəyev və Roman Muçiaşvili, habelə mütəxəssislər çıxış ediblər. 

Azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonundan parlamentə deputat seçilən Savalan Mirzəyev çıxışında azərbaycanlıları narahat edən problemlərin müvafiq orqanlar tərəfindən dəqiq araşdırılmasını və sənədlərin qaydaya salınmasını tələb edib. O, bu cür problemlərin yalnız Qardabani və Saqareco rayonlarda deyil, bölgədə mövcud olduğunu vurğulayıb.

 


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...