“Azərbaycanla bu tonda danışmaq olmaz” –ZURABAŞVİLİNİN SƏRHƏD AÇIQLAMSINA ETİRAZ

“Azərbaycanla bu tonda danışmaq olmaz” –ZURABAŞVİLİNİN SƏRHƏD AÇIQLAMSINA ETİRAZ


Bir neçə gün əvvəl Gürcüstan prezidenti Salomi Zurabişvili Azərbaycanla sərhəd bölgə olan David Qarecidə sərhədçilərlə görüşüb.

 

Görüşdən sonra bildirib ki, Gürcüstan-Azərbaycan sərhədinin müəyyən edilməsi üzrə məsələni tezliklə həll etmək lazımdır. Prezidentin sözlərinə görə, bu məsələni təxirə salmaq olmaz.

 

Xatırladaq ki, Gürcüstan prezidentinin Azərbaycana sonuncu səfərindən az sonra Gürcüstan rəsmiləri bəyanat vermişdi ki, Azərbaycanla sərhədlərin 34 faizi mübahisəlidir.


Gürcüstan prezidentinin sözlərini Sfera.az-a şərh edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, qonşu ölkə Azərbaycanı strateji tərəfdaşı sayırsa dialoq tərəfdarı kimi davranmalıdır: "Bir çox məsələlər həll olunub sərhəddə. Tələsik bəyanatlar isə sanki ultimativ xarakter daşıyır. Hər dəfə də bu məsələni gündəmə gətirirlər. Ona qalsa, Gürcüstana qarşı biz də müəyyən tələblər irəli sürə bilərik”.

 

Elxan Şahinoğlu Azərbaycanla bu tonda danışmağın ancaq ermənilərin xeyrinə olacağını vurğulayıb:"Azərbaycanla bu cür ritorika ilə danışmaq olmaz. Həm də unutmayaq ki, Gürcüstanın Azərbaycandan enerji və digər asılıqları da var. Bizimlə belə tərzdə danışmaq ermənilərin çörəyinə yağ sürtür. Son zamanlar təsadüfi deyil ki, Azərbaycan –Gürcüstan sərhəddi barədə Zurabaşvilinin qaldırdığı məsələyə ən çox erməni saytları yer verirlər”.

 

 

Rəşad

 

OXŞAR XƏBƏRLƏR