Gürcüstan Azərbaycandan alacağı təbii qazın həcmini azaldıb

Gürcüstan Azərbaycandan alacağı təbii qazın həcmini azaldıb
 Gürcüstan hökuməti 2020-ci il üçün təbii qazın idxal proqnozuna yenidən baxıb. Nəticədə təbii qazın alınacağı mənbə və həcmlərdə dəyişiklik edilib.

Sfera.az ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinə istinadla xəbər verir ki, Gürcüstan əvvəlcə həm idxal, həm də yerli mənbələrdən 2,573 milyard kubmetr təbii qaz almağı planlaşdırırdı. Lakin, yeni proqnozlarda bu rəqəm 2,57 milyard kubmetr nəzərdə tutulub.

Gürcüstan ilkin proqnoza əsasən, Azərbaycandan 2,385 milyard kubmetr qaz idxal etməyi planlaşdırırdı. Bu həcmin 1,511 milyard kubmetri SOCAR-ın, 874 milyon kub metri isə "Şahdəniz” yatağının payına düşürdü.

Yenilənən proqnoza görə, Gürcüstan 2020-ci ildə Azərbaycandan 2,348 milyard kubmetr təbii qaz idxal edəcək. Bunun da 1,465 milyard kubmetri SOCAR-dan, 883 milyon kubmetri isə "Şahdəniz”dən əldə ediləcək.

Digər bir dəyişiklik Gürcüstanın Rusiyadan alacağı təbii qazla bağlıdır. Belə ki, cari ildə Gürcüstanın Rusiyadan 170 milyon kubmetr təbii qaz idxal etməyi nəzərdə tutsa da, yenilənən proqnoza əsasən, bu rəqəm 200 milyon kubmetrə qədər artırılıb.

OXŞAR XƏBƏRLƏR

Üçüncü Dünya Müharibəsi artıq başlayıb - Ukrayna rəsmisindən AÇIQLAMA

Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Üçüncü Dünya Müharibəsi artıq başlayıb.   Sfera.az x...

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər - YENİLİK

WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.   Sfera.az-ın məlum...

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...