evli_wedding_2605230b

Günün qoroskopu: yaxınlarınız sizi dəstəkləyəcəklər

Share Button
Sfera.az Milli.Az-a istinadən dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
 
 

Qoç -  Sakit gündür, narahatlığa və tələskənliyə səbəb yoxdur, əsas və ikinci dərəcəli işləri bir-birindən ayırmaq çətin deyil. Uzunmüddətli planlaşdırma, yaxud adi günlərdə diqqət ayırmağın imkansız olduğu ciddi işlərlə məşğul olmaq olar.
Dostlar mübahisə, hətta dava edir, amma bir-birini incitmir, qarşılıqlı hörməti saxlamağa çalışırlar. Bu gün yalnız həllinin mümkünlüyünə inandığınız məsələləri müzakirə edin.

Buğa - möhtəşəm gün sayılmaz, amma cari məsələlərin həlli, şəxsi həyatın qaydaya salınması üçün münasibdir. Başqalarının da işinə əncam çəkə bilərsiniz: ətrafınızdakılara böyük yardım etmək, həmçinin onlara xoş təsir bağışlamaq imkanınız var.

Əkizlər - risk etmək, oyun oynamaq, ekstremal idman növləri ilə məşğul olmaq məsləhət deyil. Əgər sükan arxasındasınızsa, günün ikinci yarısı çox ehtiyatlı olun. Əl işləri, mətbəxdə eksperimentlər - ümumiyyətlə, "qadın" işləri, mənəvi rahatlıq tapmanıza yardımçı olacaq.

Xərçəng - yeni tanışlıqlar üçün gün münasib deyil. Ünsiyyət dairənizi çoxdan tanıdığınız və sevdiyiniz insanlarla məhdudlaşdırın. Bundan başqa, uzunmüddətli səfərlər və səyahətlər də məsləhət deyil: bunlar sizə sevinc bəxş etməyəcək, yoracaq.  

Şir - günün emosional fonu həddən artıq pisdir. Elə də ciddi bir şey baş vermir, amma hər bir xırdalığa çox kəskin reaksiya verirsiniz. Qohumlarınızla aranızda fikir ayrılığı yaranacaq, təsadüfi mübahisə ciddi münaqişəyə çevrilə bilər.

Qız - idmanla məşğul olmaq, təbiətdə aktiv istirahət etmək üçün vaxt tapın, bu həm əhvalınızı yaxşılaşdıracaq, həm də gələn həftə çox ehtiyacınız olacaq enerjini toplamağa kömək edəcək.

Tərəzi -  özlüyündə bu gün pis deyil, ancaq ciddi səhvlər edə bilərsiniz. Bunların nəticəsi çox ciddi olacaq. Odur ki, səhər açılandan gecəyədək olduqca diqqətli olmalısınız. Sizi düşünülməmiş hərəkətlərdən çəkindirəcək bir insanın yanınızda olmasına çalışın.  

Əqrəb - istədiyiniz an diqqət mərkəzinə düşə, lazım gələrsə, kölgəyə çəkilə biləcəksiniz. İstənilən, hətta ən cəfəng bir ideyanızın reallaşdırılmasında ətrafınızdakılar sizə kömək edəcəklər. Yaxınlarınız sizi dəstəkləyir və güzəştə gedirlər.

Oxatan - sizin üçün çox uğurlu gündür. Müsbət tendensiyaların təsiri çox güclüdür və ötən günlərin problemlərinin yorğunluğunu çıxarmaq iqtidarındadır. Sizdən çox az şey tələb olunur: özünüzə inanın və maraqlı təkliflərə razılıqla cavab verin.

Oğlaq - müxtəlif növ yenilənmələr üçün münasib gündür. Məsələn, qarderobunuzu, xarici görkəminizi, yaxud evinizin interyerini dəyişə bilərsiniz. Bu, nikbin ruha köklənməyə yardım edir, həmçinin xırda anlaşılmazlıqları da unutdurur.

Dolça - xeyli xoşagəlməz sürpriz, çətinlik və problemlə üz-üzə qalacaqsınız. Bunların heç biri həllolunmaz deyil, amma hərdən əl-qolunuz boşalır. Yaxşı olar ki, bu zaman yanınızda sizi anlayan və dəstək verən bir insan olsun.

Balıqlar - nəhayət ki, uzun müddət müxtəlif vacib səbəblərdən təxirə saldığınız işlərlə məşğul ola bilərsiniz. Özünüzü təsdiq etməyiniz üçün heç bir maneə yoxdur. Yaradıcı Balıqlar ilhamlarının azlığından şikayətlənməyəcəklər. Ən adi məsələləri elə orijinal üsullarla həll edirsiniz ki, ətrafınızdakıların ağzı açıq qalır.

Share Button

DİGƏR XƏBƏRLƏR

SFERA.AZ - ANALİTİK İNTERNET MEDIA

Bütün hüquqlar Azərbaycan Respublikası qanunvericiliyinə əsasən qorunur. Saytda yer alan informasiyadan istifadə etdikdə LİNK-lə istinad mütləqdir.

© 2012-2016